Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


20.02.2025  17:18 

Ceyhun Bayramov Oleksandr Mişenkonu qəbul edib





A+  A-

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonu qəbul edib.

XİN-dən XəzərNews.az-a verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, habelə regiondakı vəziyyət haqqında müzakirələr aparılıb.

Tərəflər görüş zamanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dair iki ölkə tərəfindən davamlı şəkildə nümayiş etdirilən mövqenin, habelə ölkələr arasında beynəlxalq hüququn fundamental prinsiplərinə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin vacibliyini vurğulayıblar.

Qarşı tərəf Azərbaycanın Ukraynanın münaqişədən zərər çəkmiş bölgələrinin bərpa və yenidən qurulmasına töhfəsinin, habelə Ukrayna xalqına göndərilən humanitar yardımların yüksək qiymətləndirildiyini qeyd edib.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan Respublikası və Ukrayna Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Ukrayna tərəfindən isə Oleksandr Mişenko rəhbərlik edib.

Xəbər 2823 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +