Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


12.07.2021  10:27 

Şəhriyar Məmmədyarov Kasparovu yenə təslim etdi





A+  A-

Şəhriyar Məmmədyarov qara fiqurlarla oynayaraq, Kasparovu yenə təslim etdi Blits şahmat üzrə “Grand Chess Tour” başa çatıb.
XəzərNews.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışın ikinci günündə şahmatçılar daha doqquz turun görüşlərini keçirib. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün altı xal toplayıb.

O, XV tur çərçivəsində 13-cü dünya çempionu Harri Kasparovla qarşılaşıb. Şəhriyar Azərbaycan şahmatının yetirməsi olan, erməni əsilli rəqibini bir gün öncə olduğu kimi yenə də məğlub edib. Ş.Məmmədyarov bu dəfə qara fiqurlarla oynaraq, 26-cı gedişdə Kasparovu təslim edib.

Ümumilikdə 19 xal toplayan Məmmədyarov turniri altıncı pillədə başa vurub.

Yarışın qalibi adını franslı Maksim Vaşye-Laqrav qazanıb. O, 23 xalla hamını qabaqlayıb. İkinci yeri 21 xalla hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anand, üçüncü yeri 20,5 xalla Aniş Qiri (Niderland) tutub.

Xəbər 3178 dəfə oxunub.



23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +