Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


03.11.2022  14:54 

FHN bu obyektin fəaliyyətini dayandırdı





A+  A-

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Abdulla Mirzəyev küçəsi, ev 3 ünvanında yerləşən “Diamond Tuning and Detailing” avtomobillərə xidmət mərkəzində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.
Çəlumatda bildirilib:

- obyektin ərazisində yerləşən yanğın su hovuzuna gedən yollar və keçidlərə sərbəst yaxınlaşma təmin edilməyib;

- obyektin ərazisi və təxliyə yolları tezalışan tullantılardan təmizlənməyib və təmiz vəziyyətdə saxlanılmayıb;

- propan qaz balonundan istifadə edilməsinə və propan qaz balonlarının oksigen balonu ilə birlikdə saxlanılmasına yol verilir;

- obyekt yanğına qarşı sistem və qurğularla (tüstüyə qarşı qoruma, avtomatik yanğın xəbərverici siqnalizasiya qurğuları, yanğına qarşı su təchizatı sistemləri və s.) təchiz edilməyib;

- elektrik təchizatı və qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən avtotəmir sahələrində müvəqqəti çəkilmiş elektrik xətlərindən, açıq sonluqlu naqillərdən, izolyasiya örtüyü zədələnmiş və sıradan çıxmış naqillərdən istifadəyə yol verilib;

- obyektin zəruri sahələri norma və qaydaların tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə alət və vasitələri ilə tam təmin olunmayıb;

- siqaret çəkilməsi, açıq odun tətbiq edilməsi və qaynaq işlərinin aparılması yerləri müəyyənləşdirilməyib;

- yanğın hadisəsi baş verdikdə işçilərin vəzifə və davranışları izah olunmayıb, müvafiq əmrlə təsdiq edilməyib;

- obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta olunmayıb.

“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Abdulla Mirzəyev küçəsi, ev 3 ünvanında yerləşən “Diamond Tuning and Detailing” avtomobillərə xidmət mərkəzində işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, - məlumatda qeyd edilib.

Xəbər 1030 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +