Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


05.07.2020  16:02 

İmtahanların nəticələri açıqlandı





A+  A-

Dövlət İmtahan Mərkəzi tərəfindən 2-3 iyul tarixlərində ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə keçirilən növbəti buraxılış (qəbul) imtahanlarının nəticələri elan olunub.
Bu barədə XəzərNews.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

İştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:

– 9-cu sinif üzrə buraxılış imtahanları;
http://eservices.dim.gov.az/2020/netorta/?frm=egov

– Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;
https://eservices.dim.gov.az/2020/netTEX/?frm=egov

– Azərbaycan dilindən fərqli dildə təhsilalanlar üçün ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanları;
http://eservices.dim.gov.az/2020/netazd/?frm=egov

– Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanı (Naxçıvan).
https://eservices.dim.gov.az/2020/netht_hl/?frm=egov

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

9-cu sinif üzrə buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 15768 nəfərdən 321 nəfər, kolleclərə qəbul imtahanlarında iştirakı nəzərdə tutulan 1661 nəfərdən 273 nəfər, Azərbaycan dili imtahanında iştirakı nəzərdə tutulan 653 nəfərdən 39 nəfər, Hərbi Liseyə qəbul imtahanında iştirakı nəzərdə tutulan 498 nəfərdən 7 nəfər imtahana gəlməyib. 3 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

Xatırladaq ki, buraxılış imtahanlarında (o cümlədən Azərbaycan dili) iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.

Qeyd edilir ki, 2 və 3 iyul tarixlərində keçirilən 11-ci sinif üzrə buraxılış (o cümlədən əvvəlkil illərin məzunları üçün Naxçıvanda keçirilən qəbul) imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xəbər 2004 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +