İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


12.07.2017  14:42 

Ölməmək üçün falçıya 30 min dollar verən qadın məhkəmədə





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ayaz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə baxış iclası keçirilib. Zərərçəkmiş Fərqanə Babayeva ifadə verərək deyib ki, Azadi Paşayevlə birlikdə A.Məhərrəmov onu aldadıblar: “Azadi oğlu üçün mənim qızıma elçi gəldi, sonra da birgə biznes qurmağı təklif etdi. Mən də obyektlərimi sataraq pulu Azadi və Ayaza verdim. Həmin ərəfədə mən əməliyyat olunmalı idim. Azadinin arvadı Mətanət bizə seyid gətirdi. Dedi fala baxdırmışam, sən öləcəksən, ölməmək üçün seyidə pul verməlisən. Mən də falçıya 30 min dollar verdim”.
Qeyd edək ki, F.Babayeva və yoldaşı Ramin Babayev iş qurmaq adı ilə A.Paşayev və A.Məhərrəmova 194 min manat veriblər. A.Paşayev pulu götürüb Türkiyəyə qaçıb.
Ramin Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər vəzifədə çalışıb.

Xəbər 1294 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +