İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


12.07.2017  11:59 

Nazir qardaşının məhkəmə işində yenidən ifadə veriləcək





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib. Məhkəmə istintaqının tamamlanması təklifinə təqsirləndirilən S.Nəbiyevin vəkili Ceyhun Yusifov etiraz edib. O bildirib ki, zərərçəkmiş Əlikram Camalov yenidən dəvət olunub dindirilməli və bəzi xüsusatlar dəqiqləşdirilməlidir.

Hakim bildirib ki, vəkil hansı xüsusatlar üzrə dindirilmə aparılmasını istəyirsə, onları yazılı olaraq məhkəməyə təqdim etməlidir. Sonra məhkəmə bu barədə qərar verəcək.

C.Yusifov əlavə edib ki, təqsirləndirilən Samir Nəbiyev təkrar ifadə vermək istəyir. Onun bu vəsatəti təmin olunub. Növbəti iclasda S.Nəbiyev ifadə verəcək.

Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək.

Qeyd edək ki, zərərçəkmiş Əlikram Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı, "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.

Xəbər 1269 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +