İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


20.04.2017  12:58 

“Lotu Quli”nin yeznəsinə cəza istəniləcək





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovun yeznəsi olan və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə sübutların tədqiqi mərhələsi başa çatıb.

Hakim məhkəmə istintaqının tamamlandığını elan edib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəməsi üçün söz verilib. F.Nağıyev məhkəmədən çıxış üçün vaxt istəyib.

Məhkəmə prosesi aprelin 26-da davam etdiriləcək.

Qeyd edək ki, V.Hüsyenovun üzərindən 12,360 qram heroin aşkar edilib.

Xəbər 2190 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +