Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


05.04.2018  15:11 

Həbsdə olan 3 dindar azadlığa çıxdı





A+  A-

2012-ci il 5 oktyabrda orta məktəblərdə hicab məhdudiyyətinin ləğv edilməsi tələbilə həbs olunan şəxslərdən 3 nəfər; Tərlan Ağadadasov, Rövşən Allahverdiyev və İlham Hətəmov bu gün azad olunublar.
XəzərNews.az xəbər verir ki, onlar bu gün saxlanıldıqları cəza çəkmə müəssisələrində 5 il 6 ay həbs müddəti bitdikdən sonra buraxılıblar. İslamazeri.com-a münasibət bildirən Tərlan Ağadadaşov “Bizim kimi digər ruhani və dindar qardaşlarımız, bütün nahaqqdan həbs olunanların azad olunmasını Allahdan diləyirəm. Bu günə qədər bizlərə mənəvi, maddi dəstək verənlərə təşəkkürümü bildirirəm. Hazırda Biləcəridəki evimdəyəm, gəl-get edən qohum tanışları qarşılayırıq. Mən “Tubzon”dan, Rövşən Allahverdiyev və İlham Hətəmov da, həbsdə olduqları CÇM-lərindən buraxılıblar. Oktyabr aksiyasında bizimlə birlikdə həbs olunan 3 nəfər həbsdə qalıb. İnşəllah Allah onların da qapısını açsın.”, -deyə bildirib.

Qeyd edək ki, 5 oktyabr 2012-ci ildə keçirilən hicab qadağasına etiraz aksiyasında həbs olunan 3 nəfər; Davud Kərimov, Telman Şirəliyev və Elşad Rzayev 6 ay sonra azad olunacaqlar.

Xəbər 1545 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +