Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


09.01.2019  17:43 

General iranlı həmkarı ilə sərhəddə görüşdü





A+  A-

Yanvarın 9-da İranın Biləsuvar şəhərində Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətlərinin işçi görüşü keçirilib.
XəzərNews.az-ın Dövlət Sərhəd Xidmətinə istinadən verdiyi xəbərə görə, tərəflər sərhəd təhlükəsizliyinin təminatı məsələləri, dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri, o cümlədən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya və digər təhdidlərlə mübarizə sahəsində sərhəd mühafizə orqanları qarşısında duran tapşırıqlara dair fikir mübadiləsi aparıb.

“Astara” və “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Xəbər 1832 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +