Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


03.09.2025  12:33 

Hansı klinika tibb təhsili olmayan həkimlər çalışdırır?





A+  A-

Ölkənin tanınmış özəl klinikalarından olan “Medera Hospital” tibb təhsili olmayan şəxsləri işə götürdüyü üçün cərimələnə bilər.

XəzərNews.az tribunainfo.az-a istinadla xəbər verir ki, aparılan yoxlama zamanı sözügedən klinikanın İnzibati Xətalar Məcəlləsinin sanitariya-gigiyena və sanitariya-epidemioloji sağlamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozduğu məlum olub. Belə ki, tələbi pozulan maddəyə əsasən, ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

“Medera Hospital”la bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İşə 11 sentyabr tarixində hakim Aynurə Sadıqovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, cərimələnməsi gözlənilən “Medera Hospital”ın direktoru radioloq İbrahim Əliyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Xəbər 1897 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +