“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


21.02.2022  19:59 

İş adamı Rəsul Orucovun həbsi təsdiqləndi - Açıqlama - Foto





A+  A-

Dövlət Vergi Xidməti həbs xəbəri yayılan Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK) Müşahidə Şurasının sədri Rəsul Orucovla bağlı açıqlama verib.

XəzərNews.az-a daxil olan məlumatda qeyd olunur ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində “Ağstafa Aqro” MMC-nin təsisçisi olduğu “AK Petroleum İndustrial Company” MMC-nin ümumilikdə xüsusilə külli miqdar təşkil edən vergilər və sığorta haqlarının dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə 12 aprel 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 213.3-cü maddəsilə cinayət işi başlanıb və hazırda istintaq aparılır.

Bildirilib ki, həmin müəssisənin fəaliyyətinə faktiki rəhbərlik edən Orucov Rəsul Qardaşxan oğlu istintaqa gəlməkdən boyun qaçırdığından barəsində axtarış elan edilib və bu il fevralın 2-də tutularaq istintaqa təhvil verilib:

“Rəsul Orucov həmin müəsssisə üzrə ümumilikdə xüsusilə külli miqdar təşkil edən vergilər və sığorta haqlarının dövlət büdcəsindən yayındırılması epizoduna görə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona ittiham elan edilib.



Yasamal rayon məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ilə Rəsul Orucov barəsində həbs qətimkan tədbiri seçilib və müdafiə tərəfinin vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilib.

Hazırda həmin cinayət işi üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Kütləvi informasiya vasitələrindən istintaq olunan cinayət işləri üzrə məlumat yayarkən qurumun mövqeyinin dəqiqləşdirilməsi tövsiyə olunur”.



Xəbər 1710 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +