“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


24.01.2022  15:04 

İranlı 29 kq 925 qram narkotiklə həbs olundu





A+  A-

Yanvarın 22-də saat 19:45 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Şıxalıağalı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub.

XəzərNews.az DSX-nin mətbuat mərkəzinə istinadən xəbər verir ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadının “Dayan!” əmrinə tabe olmayan sərhəd pozucularından biri havanın qaranlıq, ərazinin meşəlik və sıx kolluq olmasından istifadə edərək geri qaçıb. Digər qaçaqmalçı isə hadisə yerində saxlanılıb. Saxlanılan şəxsin İran İslam Respublikasının vətəndaşı 1985-ci il təvəllüdlü Əsədli Əli Xudaverdi olması müəyyənləşdirilib.

Əraziyə baxış zamanı 2 bağlamanın içərisində təxmini çəkisi 29 kiloqram 925 qram olan narkotik vasitə və psixotrop həblər (16,200 kiloqram marixuana, 7444 qram heroin, 3545 qram metamfetamin, 440 qram tiryək və 1680 ədəd metadon-40 həbi) aşkarlanaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Xəbər 1600 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +