Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


20.07.2017  16:49 

“Qarabağ”dan daha bir ilk





A+  A-

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Şerif” qarşılaşmasının biletləri sabahdan etibarən satışa çıxarılacaq.
XəzərNews.az klubun saytına istinadən xəbər verir ki, qarşılaşmaya böyük marağı nəzərə alan Ağdam klubu azarkeşlərin qısa zamanda asanlıqla biletlərini əldə etməsini düşünərək daha bir ilkə imza atıb.

Rəqibin dünən məlum olduğuna görə və sözügedən matçın cəmi 5 gün sonra keçiriləcəyini nəzərə alan “Qarabağ” qabaqlayıcı tədbirlər görüb. “Şerif”lə matçın biletlərinin üzərində rəqib komandanın adı və loqosu yer almayıb. Bunun da əsas səbəbi bilet satışının daha erkən başlanması və azarkeşlərin çətinliklərlə üzləşmədən biletləri əldə etməsinə şərait yaratmaq olub.

Bu təcrübədən Avropanın bir çox klublarında da istifadə olunur və “Qarabağ” bu sistemdən istifadə etməklə Azərbaycanda bir ilki reallaşdıracaq.

Xəbər 1318 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +