“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


11.11.2021  12:34 

“Parlamentdə çıxışımdan sonra polis qohumumu saxlayaraq...“





A+  A-

"Bizim heç birimiz dövlətimizə müxalifət deyilik və hamımız Ali Baş Komandanın əsgərləriyik”.

XezerNews.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu deputat Tahir Kərimli noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, parlamentdə çıxışlarından sonra Şamaxıda yaşayan qohumlarından birini polis saxlayaraq yoxlayıb: “Buna ehtiyac yox idi, onunla nə işləri var”.

T.Kərimli Azərbaycanda balıqçılığın bərbad vəziyyətdə olduğunu da deyib: “Hanı kürü, hanı balıqçılıq? Bu sahə niyə inkişaf etmir?”

Deputat hərbi qulluqçuların təminatının yaxşılaşdırılması üçün qanunvericiliyin təkmilləşdirilməsi təklifini də səsləndirib: "Qalib dövlətin hərbi qulluqçuları bu zəfərə layiq şəkildə yaşamalıdır".

Xəbər 2025 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +