“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


08.06.2018  16:24 

Tovuzda təcili tibbi yardım həkimləri döyüldü





A+  A-

Tovuz rayonunda çağırışa gedən təcili tibbi yardım maşınına hücum olub.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun İbrahimhacılı kəndində baş verib. Xəstənin öldüyünü deyən yaxınları tibb işçilərinin çağırışa yubandıqlarını bildirib, həkim Eldar Abdıyev və tibb bacısı Cəmalə Qurbanovaya xəsarət yetiriblər.

Təcili tibbi yardım maşınının şüşələri sındırılıb.

Səhiyyə Nazirliyi Tovuzda tibb işçilərinin döyülməsinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, Tovuz rayonunun İbrahimhacılı kəndindən təcili tibbi yardıma iyunun 7-də saat 22.23-də çağırış gəlib.

Onun sözlərinə görə, təcili tibbi yardım maşını saat 22.24-də Qovlar şəhərindən çağırışa çıxıb və saat 22.33-də ünvana çatıb: "Təcili tibbi yardım çox qısa müddətdə çağırışa gedib. Onlar evə çatanda xəstə keçinib. Xəstə öldükdən sonra onun yaxınları həkim Eldar Abdıyev, feldşer Cəmalə Qurbanova və sürücü Ələkbər Cabirovu döyüblər".

S. Əhmədova qeyd edib ki, hər 3 şəxs müxtəlif bədən xəsarətləri alıb.

Məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

Xəbər 1487 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +