2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi


16.01.2018  16:11 

Türkiyədə atışma: 2 ölü, 3 yaralı





A+  A-

Türkiyədə silahlı qarşıdurma baş verib.
XəzərNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,hadisə Türkiyənin Diyarbakır şəhərində baş verib.İki ailə arasında başlayan münaqişə atışma ilə nəticələnib.

İki nəfərin ölümü və 3 nəfərin yaralandığı hadisə anbaan kameralara qeyd olunub. Görüntülərdə,hadisə yerindən qaçan bir nəfərin yolun digər tərəfinə keçməyə çalışan kiçik qızı avtomobillə vurduğu da görünür.

İlk əvvəl dəyənəklərlə bir-birinə hücum edən ailələr sonradan atəş açmağa başlayıblar. Bu vaxt naməlum bir şəxs maşınından düşərək atışmaya qoşulub. Sonradan maşın ilə hadisə yerindən qaçmağa çalışarkən Esra adlı azyaşlı qızı vurub. Cinayətkar hadisə yerindən uzaqlaşıb. Esra isə təcili olaraq xəstəxanaya çatdırılıb.

Türkiyə polisi silahlı qarşıdurmada iştirak edən və kimliyi müəyyən edilən 4 nəfəri həbs edib. Münaqişədə iştirak edən digər şəxslərin tutulması üçün əməliyyatlar davam edir.

Xəbər 2843 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +