Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


03.02.2023  11:48 

Xoyda baş verənlərlə bağlı soydaşlarımıza müraciət olundu





A+  A-

Milli Hərəkatçılar Birliyi Cənubi Azərbaycanın Xoy vilayətində baş verən zəlzələdən sonra yaşanan insanlıq dramı ilə bağlı dünyanın hər yerində fəaliyyət göstərən soydaşlarımıza müraciət ünvanlayıb.

XəzərNews.az xəbər verir ki, müraciətdə deyilir:

- 2023-cü il 28 yanvar axşamı Xoy şəhərində güçlü bir zəlzələ oldu. Böyük dağıntılara səbəb olan zəlzələ nəticəsində ölənlər və çox sayda yaralı var. Hazırda minlərlə insan şaxtalı havada, qar altında ac və susuz qalıb. Tehran rejiminin bu böyük fəlakətə münasibəti adekvat deyil. Dövlət özü yardım etmədiyi kimi, qonşu Türkiyə və Azərbaycandan gələn yardım təkliflərini də qəbul etmir.

Nəticə etibarilə, minlərlə insanın həyatı təhlükə altındadır. Bütün dünyanın gözü önündə böyük bir insanlıq faciəsi yaşanır. Bütün hümanist təşkilatları, milli diasporamızı və soydaşlarımızın əli çatan media qurumlarını bu insanların səsi olmağa, yaşanan faciəni bütün dünyaya çatdırmağa səsləyirik. Tehran rejimi insanlığa qarşı bir cinayət işləyir, buna mane olmağımız lazımdır. Xoya yardım etməyə tələsin, bu insanlıq faciəsini durdurun.

Bu cinayətə qarşı olan, ölüm təhlükəsi altındakı insanlara kömək etmək istəyən hər kəsi İranın müxtəlif ölkələrdəki nümayəndəlikləri və beynəlxalq təşkilatların yerli təmsilcilikləri qarşısında etiraz aksiyaları təşkil etməyə çağırırıq.





Xəbər 1293 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +