Prezidentin Macarıstan səfərindən görüntülər - VİDEO
İsrail atəşkəsi qəbul etməyə hazırdır -Netanyahu
Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan


04.05.2021  11:43 

“Tibbi sığortaya böyrək və qaraciyər transplantasiyası da daxil edilsin”





A+  A-

“Tibbi sığorta sisteminə transplantasiya ilə bağlı məsələ də daxil edilməlidir. Bu məqsədlə Nazirlər Kabinetinin qərarına yenidən baxılmalıdır”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentdə deyib.

O qeyd edib ki, tibbi sığorta paketinə böyrək və qaraciyər transplantasiyası əməliyyatları daxil edilməlidir: “Bu cür əməliyyatlara aztəminatlı ailələrin daha çox ehtiyacı olur. Həmin ailələr bununla bağlı bizə müraciət edirlər”.

Deputat həmçinin çıxışında bankların dollar satışına məhdudiyyət qoyması məsələsinə də toxunub. O bildirib ki, hazırda manatın məzənnəsinə təsir edən iki amil müsbət istiqamətdədir: “Neftin qiyməti və makroiqtisadi göstəricilər devalvasiyaya əsas olmadığını göstərir. Büdcədə nəzərdə tutulan neftin qiyməti ilə bu gün neftin real qiyməti manatın məzənnəsinə çox müsbət təsir edir. Neftin hazırkı qiyməti büdcədə nəzərdə tutulandan 33 faizədək yüksəkdir. Amma kommersiya bankları bu gün dolların satışına məhdudiyyət qoyub. Bunu çirkli pulların yuyulmasının qarşısını almaqla əlaqələndirirlər. Çirkli pulların yuyulmasının qarşısını almaq üçün qanunvericilikdə kifayət qədər tədbirlər var. Mərkəzi Bankdan kommersiya banklarının bu addımı ilə bağlı daha tutarlı açıqlama verilsə, yaxşı olardı”.



Xəbər 2862 dəfə oxunub.




21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +