Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


27.02.2017  12:09 

Valyutanı nə zaman alıb-satmaq sərfəlidir?





A+  A-

“Əslində, hər bir şəxs valyuta bazarındakı dəyişiklikləri izləməklə valyuta satan və ya alan zaman risklərini müəyyən qədər sığortlaya bilər”.
XəzərNews.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov bu barədə şərh verərkən bir neçə məsələyə diqqət yetirilməli olduğunu açıqlayıb.

Nələrə diqqət yetirmək lazımdır?

O qeyd edib ki, ötən aydan etibarən bazarın və xüsusən də bankların prosesə təsir imkanları artıb: “Buna görə də, Mərkəzi Bankın kursu artıq heç də bazardakı mənzərə anlamına gəlmir. Belə ki, ötən həftə banklarda dollar manata nisbətən ucuzlaşdı, amma rəsmi məzənnədə bahalaşdı. Buna görə də, banklarda manatın məzənnəsinin necə dəyişdiyini müəyyənləşdirməyiniz üçün dolların satış kursuna diqqət yetirmək lazımdır. Əgər dolların satışı kursu aşağı düşürsə, deməli xarici valyutalara tələb azalır və banklar dolları ucuzlaşdırmaqla daha çox satmağa çalışırlar. Satış kursunun aşağı düşməsi artıq növbəti günlərdə dolların ucuzlaşmasına işarədir. Əksinə, dolların satış kursu artırsa, deməli xarici valyutaya tələb artır və deməlu bu halda növbəti günlərdə dollar dəyər qazanacaq.

Dolların alış kursu sizdə məzənnə ilə bağlı yanlış təsəvvür formalaşdıra bilər. Bir sıra hallarda və təəssüf ki, əksər hallarda bəzi banklar dolların alış kursunu aşağı müəyyənləşdirirlər. Bəzən isə alış və satış kursu arasında hər 100 dollarda 10-15 manat fərq olur. Unutmayın ki, bu bankların süni müdaxiləsidir və alış kursunun aşağı olması heç də dolların kəskin ucuzlaşması anlamına gəlmir”.

Ekspert deyib ki, dolları dəyişən zaman alış və satış kursları arasındakı fərq hər 100 dollarda 5 manatdan az olan banklara müraciət edin:

“Əgər bankın dollar alış və satış kursu arasında böyük fərq varsa, deməli nə satış, nə də alış məzənnələri real deyil. Orada valyuta dəyişsəniz və ya alsanız uduzacaqsınız.
Mərkəzi Bankın rəsmi kursu və ya hərrac məzənnəsi dolların banklarda real alış məzənnəsinə çatanadək yüksələ bilər. Amma bu ümumi tendensiyanı göstərmir. Yəni, banklarda dollar real alış kursu 1.76 manatdırsa hərrac məzənnəsin 1.74 manat olması başa düşüləndir. Çünki bu hərrac məzənnəsi banklara gəlir gətirir. Amma əgər banklarda dolların alış kursu rəsmi məzənnədən aşağı düşərsə o zaman həm hərrac, həm də rəsmi kurs azalacaq.

Yığımlara qısa müddətli deyil, strateji yanaşmaq lazımdır. Cari xərcləri kimi olan az məbləğdə manatı dollara çevirməyə ehtiyac yoxdur. Xarici valyutadakı yığımlarınızın dəyərini isə strateji, yəni daha uzun müddətli dövr üçün hesablayın”.
V.Bayaramov həmçinin qeyd edib ki, pulunuzu risklərdən sığortalamaq üçün onu valyuta səbəti formasında saxlayın:
“Faziləri özünüz müəyyənləşdirə bilərsiniz. Bununla belə, təklif edilən formula belədir: 60/70 faiz dollar, 20/15 faiz avro və 20/15 faiz milli valyuta Valyuta səbəti sizi bütün mümkün risklərdən qoruya bilər”.

Xəbər 4570 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +