Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


27.03.2021  22:28 

Belarusda 100-dən çox etirazçı saxlanıldı





A+  A-

Belarus Daxili İşlər Nazirliyi (DİN) ölkədə təşkil olunan icazəsiz aksiyalarda iştirak edən 100-dən çox etirazçının saxlanıldığını bildirib.
XəzərNews.az xəbər verir ki, bunu “Sputnik”ə açıqlamasında Belarus DİN-in sözçüsü Olqa Çemodanova deyib.

“Saat 16:00-a olan məlumata əsasən, 100-dən çox insan inzibati qanunvericiliyi pozduğuna görə saxlanılıb. Bunlar bir nəfərlik piketlər və digər ictimai qaydaların pozulması hallarıdır”, - o vurğulayıb.

Çemodanova müxalifətin şənbə günü üçün çağırış etdiyi genişmiqyaslı etiraz aksiyasının həyata keçmədiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Belarus müxalifəti şənbə günü paytaxt Minskin Banqalor Meydanında kütləvi aksiya planlaşdırdığını açıqlamışdı. Aksiyaların ölkənin digər şəhərlərində də baş tutması gözlənilirdi.

Etirazların başlaması ilə polis paytaxt Minskdə aksiyaçıların saxlanılmasını həyata keçirmişdi.

Xəbər 1856 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +