Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


22.03.2021  10:28 

Tokioda fövqəladə vəziyyət ləğv olundu





A+  A-

Yaponiya hökuməti “COVID-19” səbəbindən Tokioda tətbiq olunan fövqəladə vəziyyəti ləğv edib.
XəzərNews.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, Tokio və yaxınlıqda yerləşən Kanaqava, Çiba və Saitama prefekturalarında fövqəladə vəziyyət bazar günü gecə yarısı ləğv olunub. Bununla belə, ölkədə restoranlar və barlar mart ayının sonuna qədər saat 21:00-a qədər fəaliyyət göstərəcək.

“Rəsmilərdən yoluxma artımını öncədən aşkarlamaq üçün qatar stansiyaları daxil olmaqla şəhər ərazilərində PCR test (neqativ koronavirus test nəticəsi - red.) mərkəzləri qurmalarını xahiş edəcəyik. Bu tədbirlərlə xəstələrin sayında sıçrayışın qarşısını almaq üçün çalışacağıq”,- deyə Yaponiyanın səhiyyə naziri Tamura Norihisa bildirib.

O, həmçinin hökumətin bütün gələn səyyahları koronavirusun yeni variantları üçün testlərdən keçməyi məcbur etməyi düşündüyünü qeyd edib.

Xatırladaq ki, Yaponiyanın Baş naziri Yoşihide Suqa yoluxma sayının fonunda 7 yanvarda Tokioda bir aylıq fövqəladə vəziyyət elan etmişdi. Daha sonra isə bu qayda ümumilikdə 11 vilayətə tətbiq olunmuşdu.

“Johns Hopkins Universitetin”in statistikalarına görə, pandemiyanın başlanğıcından bəri Yaponiyada 456, 247 yoluxma halı qeydə alınıb, 8 mindən çox insan xəstəlik səbəbindən vəfat edib.

Xəbər 1451 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +