Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


17.03.2019  20:51 

Ağsuda silsilə oğurluq edən şəxs saxlanıldı





A+  A-

Ağsuda evlərə və marketlərə qənim kəsilən oğru tutulub.
XəzərNews.az xəbər verir ki, o, 26 yaşlı Ağsu sakini Ərəstunzadə Alim Mahir oğlu Ağsu rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçirilib.

Məlumata görə, o, bu ilin 3 martında Nizami küçəsində yerləşən Məmmədov Samir Əlşah oğluna məxsus mağazadan 105 manat nəğd pulu, 15 manat dəyərində siqarət və ətir əşyalarını, 5 martda Rəsulzadə küçəsində yerləşən Kazımov Rəşad Akif oğluna məxsus aptekdən 450 manat nəğd pulu və 10 martda Səməd Vurğun küçəsində yerləşən Xəlilov Bəylər Niyaz oğluna məxsus mağazadan 350 manat nəğd pulu gizli yolla talayaraq, vətəndaşlara maddi ziyan vurub.

Qeyd olunan oğurluq hadisələri ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsilə cinayət işi başlanıb. Araşdırma aparılır.

Xəbər 2893 dəfə oxunub.



23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +