İngilisin və rusun imperiyaları - TƏHLİL
Xanım müavin işdən çıxarıldı
Prezident İlham Əliyev Düşənbəyə səfər edib
Azərbaycanlı Gürcüstanda saxlanıldı
Yaşlı qadınlar ərazidə, gənc xanımlar ofislərdə... - “Azəriqaz”a ittiham
Müdafiə üzərində işləyirik - Vladimir Putin
Rusiya Qəbələ sammitini niyə hədəfə alıb?
Putin və Əliyev Düşənbədə görüşəcək
Əsgərin ölüm faktı üzrə cinayət işi başlanılıb
DTX rəisi itkin kimi qeydiyyata alınanların sayını açıqladı


29.05.2025  08:36 

Komandirin 150 min manatı ələ keçirilib





A+  A-

Azərbaycanda hərbi hissə komandirinin 150 min manatı dələduzluq yolu ilə ələ keçirilib.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polkovnik-leytenant Altay Ələkbərov barəsindəki cinayət işinə xitam verdirəcəyini vəd edən şəxs tərəfindən aldadılıb.

İş materiallarından görünür ki, Hərbi Prokurorluğun İstintaq İdarəsində Müdafiə Nazirliyinin balansında olan metal qalıqlarının bazar qiymətindən aşağı satılması ilə bağlı cinayət işi başlanıb.

İş üzrə hərbi hissə komandiri Altay Ələkbərov istintaqa cəlb olunub. Dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsi üçün ona rəsmi göstəriş verilib. Bununla bağlı komandir alternativ yollar axtarmağa başlayıb və tanışları vasitəsilə Nurəli Məmmədovla əlaqə yaradıb. Nurəli ona deyib ki, yüksəkvəzifəli “tanışlar”ı vasitəsilə onun işinə xitam verdirəcək. Amma bunun üçün həmin “tanışlar”a rüşvət verilməlidir.

A.Ələkbərov bu vədə inanıb və banklardan kredit götürərək Nurəliyə 150 min manat pul verib. Xeyli vaxt keçsə də, komandirin işi həll edilməyib.

N.Məmmədov komandirin etirazından sonra 110 min manatını qaytarıb. Altay Ələkbərov həmin pulla dövlətə dəymiş ziyanı ödəyib, işinə xitam verilib.

Bundan sonra komandir Nurəlidə qalan 40 min manatını geri almağa çalışıb, bu məqsədlə hüquq-mühafizə orqanlarına şikayət edib.

Şikayət əsasında Nurəli Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı ona qarşı həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs komandirin verdiyi 150 min manatın 40 minini geri qaytarmayıb. Məhkəmə istintaqı ilə də onun təqsiri sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurəli Məmmədov 5 il müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.


Xəbər 2433 dəfə oxunub.




09.10.2025  11:56 

Xanım müavin işdən çıxarıldı

09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +