Zelenski Putinə Kupyanskdan cavab verdi
5 milyon ayrılıb, amma təmir getmir - Qalmaqal
Putin və Ərdoğan Aşqabadda görüşdü
Xəzərdə Rusiyanın iki gəmisi vuruldu
Rusiya tərəfindən döyüşürdü, Ukraynada öldü
Ən çox şikayət olunan sığorta şirkətləri – Siyahı
Sabir Rüstəmxanlı Rafael Hüseynovdan danışdı
Qurban Qurbanov istefa verməlidir - Xilas bundadır
Qiymətlər hər ay qalxır, hökumət görmürsə... - Partiya sədri
Daxili qoşunlar Prezidentə tabe olacaq - Dəyişiklik


15.02.2023  19:54 

Mən qələt edib, işsizliklə bağlı prezidentə müraciət edirəm...





A+  A-

Deyirəm gül kimi ölkədə yaşayırıq da. Daha nə istəyirsiniz? Sizə görə, niyə mən gedib xarici ölkədə yaşamalıyam? Hansı xarici ölkədə bu qədər adrenalin almaq olar?

Bütün bunlara görə bu gün bu ölkədə yaşayırıqsa, bizim də borcumuz hökuməti tərifləmək, analoqu olmayan ölkəmizdə həmişə yaxşı şeylərdən danışmaqdır.

Məsələn: Biz sorğulamamalıyıq ki, Türkiyədə zəlzələ baş verən vaxtda, oftalmoloqlar nə üçün Bakıda yeyib-içib mahnı oxuyublar, özləri bilər. Hətta biz Müdafiə Sənayesi naziri Mədət Quliyevin nə üçün Faiq Ağayev təltif etdiyini də sorğulaya bilmərik, özləri bilər...

Birdən o nazirliklərdə, yüksək vəzifələrdə oturanlar da deyər ki, sizin də üzdə olanlarınız Xoşqədəm Baxşəliyeva və Zaur Baxşəliyevdir də...

Haqlarında iddia yayılıb ki, efirə çıxardıqlarının pullarını mənimsəyiblər...

Belə baxanda mənə nə var e, özləri bilər. Mən ki bir həsirəm, bir Məmmədnəsir. Ümumiyyətlə, ölkədə olanlardan mənə nə...

Hələ bunları birtəhər yola vermək olur e, ən acığıma gələn budur ki, mənə özünü yaxın bilənlər, doğmalar hər gün başımı xarab edirdilər ki, nə üçün prezidentə iş üçün müraciət etmirsən?

Ay səni hırz düşmənləri...

Allahım onda verib ki, bunlara ağıl verib, hörmətli Prezidentimizə müraciət etməmişəm.

Dublyaj aktyoru Yaşar Kamal işdəki problemlər və maaş azlığı ilə bağlı prezidentə müraciət etdikdən bir gün sonra AzTV mədəniyyət kanalından işdən qovuldu.

İndi gör mən işsizliklə bağlı prezidentə müraciət etsəydim nə olacaqdı?

Düzdür işsiz olduğum üçün məni işdən çıxarmayacaqdılar. Əvəzində cibimdən nəşə çıxa bilərdi, xəbərim olmadan xuliqanlıq edə bilərdim, evimizdən silah çıxardı... Bunlar da olmasa, məni məhkəməyə verə, haqqımda iddia qaldıra bilərlər ki, sən 2 ildir işsiz necə dolanırsan?

Biz heç rüşvət alıb dolana bilmirik. Sən rüşvət alırsan, oğurluq edirsən, ya nə?

Yox, mən qələt edib, işsizliklə bağlı prezidentə müraciət edirəm.

Bir daha təkrar edirəm, bizim ölkəmiz dünyada analoqu olmayan yeganə ölkədir. Bu ölkədə hər şey əladır. İnsanlar ac olsa da, işsizlik, rüşvət, korrupsiyaya, məmur özbaşınalığı baş alıb getsə də, bizim ölkə kimi yaşamalı, gözəl ölkə yoxdur.

Mənim uşaqlarım ac da qala bilər. Lazım olsa su ilə də yaşaya bilərlər. Amma bizim hamımızın bir devizi var: bu ölkədən yoxdur!

Hörmətlə,
ölkədə hər şeyin əla olduğu ilə bağlı istənilən adamla iddiaya girməyə hazır olan,

Elmar Hüseynov


Xəbər 2855 dəfə oxunub.




12.12.2025  13:12 

Sabahın havası: Qar, yağış...

12.12.2025  11:46 

Tokayevdən dünyaya çağırış

12.12.2025  10:55 

Deputat vəfat etdi

12.12.2025  10:27 

Faktiki hava açıqlandı

12.12.2025  10:22 

Rafael Hüseynov istefa verir?

12.12.2025  09:54 

ПРОБЛЕМЫ ТУРАНА


BÜTÜN XƏBƏRLƏR +