Zelenski Putinə Kupyanskdan cavab verdi
5 milyon ayrılıb, amma təmir getmir - Qalmaqal
Putin və Ərdoğan Aşqabadda görüşdü
Xəzərdə Rusiyanın iki gəmisi vuruldu
Rusiya tərəfindən döyüşürdü, Ukraynada öldü
Ən çox şikayət olunan sığorta şirkətləri – Siyahı
Sabir Rüstəmxanlı Rafael Hüseynovdan danışdı
Qurban Qurbanov istefa verməlidir - Xilas bundadır
Qiymətlər hər ay qalxır, hökumət görmürsə... - Partiya sədri
Daxili qoşunlar Prezidentə tabe olacaq - Dəyişiklik


26.11.2021  12:27 

İctimai Şuranın nümayəndələri Regional Seminarda iştirak ediblər - FOTO





A+  A-

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov və üzvü Vidadi Fətullayev Bakı şəhərində Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının təşkilatçılığı ilə keçirilən “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Miqrasiya üzrə Regional Təlim Mərkəzinin (MRTM) Yol Xəritəsinin tərtib edilməsi üçün birgə tövsiyələrin hazırlanması” Regional Seminarda iştirak ediblər.

Seminarın giriş sessiyasında çıxış edən A.Allahverənov Miqrasiya üzrə Regional Təlim Mərkəzinin fəaliyyəti ilə bağlı əsas gözləntilərini ifadə edib, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün belə bir təlim meydançasının uğurlu bir alət olacağına dair əminliyini vurğulayıb və bu müstəvidə həyata keçiriləcək tədris işlərinin effektivliyinin təmin olunması məqsədilə aparılan ehtiyacların qiymətləndirilməsinə dair təkliflərini verib.

Azərbaycandan olan miqrasiya axınları üçün Rusiyanın təyinat ölkəsi olduğuna diqqət çəkən V.Fətullayev təklif edib ki, Miqrasiya üzrə Regional Təlim Mərkəzinin təlim moduluna həm də Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olmaq istəyən azərbaycanlı miqrantlar üçün rus dili, bu ölkənin tarixi və miqrasiya qaydaları ilə bağlı tədris mövzuları da daxil edilsin və bu kursları bitirmiş şəxslər təyinat ölkəsində tanınacaq sertifikatlarla təmin olunsunlar. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın təmsilçiləri qeyd olunan istiqamətlərdə elmi-nəzəri və praktiki təcrübələrini bölüşməyə hazır olduqlarını ifadə ediblər.

İki gün davam edən seminarda MRTM-in əhatə dairəsinə daxil olan hədəf ölkələrində miqrasiya ilə bağlı mövcud institusional imkanların və təlim ehtiyaclarının qiymətləndirilməsi üzrə aparılan tədqiqatın nəticələrinə nəzər salınıb, Təlim Mərkəzinin qurulmasına dair tövsiyələr irəli sürülüb və bu təsisatın fəaliyyətini müəyyən edən Yol Xəritəsinin hazırlanması ilə bağlı məlumat verilib. Seminarda vətəndaş cəmiyyəti və miqrantların cəlb edilməsi üzrə ən yaxşı təcrübələr nəzərdən keçirilib və bildirilib ki, tədbir iştirakçılarının xüsusi marağına səbəb olan beynəlxalq təcrübə mübadiləsi həm də Miqrasiya üzrə Regional Təlim Mərkəzinin işinin daha təkmil şəkildə qurulmasına səbəb olacaq.




Xəbər 3217 dəfə oxunub.




12.12.2025  13:12 

Sabahın havası: Qar, yağış...

12.12.2025  11:46 

Tokayevdən dünyaya çağırış

12.12.2025  10:55 

Deputat vəfat etdi

12.12.2025  10:27 

Faktiki hava açıqlandı

12.12.2025  10:22 

Rafael Hüseynov istefa verir?

12.12.2025  09:54 

ПРОБЛЕМЫ ТУРАНА


BÜTÜN XƏBƏRLƏR +