Xəzərdə Rusiyanın iki gəmisi vuruldu
Rusiya tərəfindən döyüşürdü, Ukraynada öldü
Ən çox şikayət olunan sığorta şirkətləri – Siyahı
Sabir Rüstəmxanlı Rafael Hüseynovdan danışdı
Qurban Qurbanov istefa verməlidir - Xilas bundadır
Qiymətlər hər ay qalxır, hökumət görmürsə... - Partiya sədri
Daxili qoşunlar Prezidentə tabe olacaq - Dəyişiklik
Sabahın havası: Qar, yağış...
Meydan TV işi üzrə məhkəmə başladı
Paşinyan Moskvada velosiped sürdü -VİDEO


13.04.2017  10:29 

Ölmüş eşşəkləri kolbasa edib satanlar tutuldu





A+  A-

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları təhlükəli cinayətkarları saxlayıblar. Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, həyata keçirilmiş növbəti uğurlu əməliyyat nəticəsində vaxtı ötmüş qida məhsullarının satışının qarşısı alınıb və beləliklə, qida təhlükəsizliyi təmin olunub. Belə ki, paytaxtın Binəqədi rayonunda əməliyyatçılar 2 nəfər kolbasa satanı-Nicat Babaşi və Vüqar Səlimovu saxlayıblar.
Onlara məxsus anbarda vaxtı keçmiş külli miqdarda məhsul aşkar olunaraq müsadirə edilib. Müsadirə olunmuş məhsullar Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib. Ekspertiza bu məhsulların qida üçün yararsız olması barədə rəy verib. Məhsulların tərkibi haqda məlumat verilməsə də, belə ehtimallar var ki, kolbasalar leş ətlərdən hazırlanıb. Yəni həmin kolbasaların hazırlanması zamanı at, it, eşşək, ölmüş xəstə mal-qara, hətta caynaqlı heyvanların ətlərindən istifadə edildiyi istisna deyil.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) açıqladığı rəsmi rəqəmlərə görə, 2016-cı ildə dövriyyədən 70 tona yaxın murdar və mənşəyi bəlli olmayan ət çıxarılıb. Amma bu 70 ton böyük ət bazarında balaca bir damladır. Dövriyyədə tonlarla xəstə heyvanın əti bu gün də var. Restoranlarda lülə kabab, basdırma şəklində süfrəyə çıxan belə ətlərin satılmasının qarşısını almaqda dövlət qurumları aciz görünür. Əslində isə dövlət qurumlarının əhalinin qida təhlükəsizliyinə birbaşa təhdid olan ət və ət məhsullarını dövriyyədən çıxarmaq, dövriyyəyə girməsinin qarşısını almaq üçün kifayət qədər səlahiyyətləri var. Hər dəfə bu məsələ gündəmə gələndə müvafiq sahəyə nəzarət etməli qurumların hərəkətsizliyi məsələsi də gündəmə gəlir. "Bu hərəkətsizliyi şərtləndirən hansı amillərdir" sualı haqda iddialar var. Belə iddialar sırasında yer alan və ölkəmizin reallıqları baxımından daha uyğun olan rüşvət amilinin rol oynadığı istisna deyil. Halbuki həmin murdar ətlərdən rüşvəti alıb bazara buraxanların özləri, yaxınları da dada, ictimai iaşə obyektlərində qida şəklində qəbul edə bilərlər. Məsələn, dövlət qurumunda çalışan və murdar ətlərin bazara buraxılmasının qarşısını almalı olan məmurun övladı, yaxın qohumunun övladı dönərxanalarda mənşəyi bilinməyən ətdən hazırlanan dönər alıb yeyə bilər. Mümkündür ki, həmin ətdə olan xəstəliklər buketi onun orqanizminə ziyan vursun. Təəssüf ki, bunu düşünən yoxdur.

Bu yaxınlarda Dövlət Statistika Komitəsi ölkədə olan eşşəklərin sayının azaldığını açıqlayıb. Məlumata görə, 2015-ci ildə Azərbaycanda 40 min eşşək var idisə, 2016-cı ildə bu rəqəm 35.8 min baş təşkil edib. Ümumilikdə 2008-ci ildə Azərbaycanda eşşəklərin sayı 47 min 800 baş olub. Hazırda bu rəqəmdə 10 minə yaxın azalma qeydə alınıb. Bu, rəsmi statistikadır. Qeyri-rəsmi isə ölkədə təkdırnaqlı məlun heyvanların sayı qat-qat çox olub. Və hazırda azalma rəsmi göstərilən rəqəmdən qat-qat artıqdır.

İtən eşşəklər, yoxa çıxan atlar hara gedir?

Bu sualın cavabı ortadadır. Elə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının Binəqədi rayonunda keçirdiyi əməliyyat zamanı üzə çıxan faktlar konkret durumu ortaya qoyur. İtən at və eşşək, heyvan leşləri həmin o bərbəzəkli qablaşdırmada kolbasa və sosiska şəklində süfrələrə qayıdır.

Növbəti əməliyyatın belə ətlərin satıldığı və ya kolbasa şəklinə salındığı sexlərdə keçirilməsi də vacibdir. Bəlkə “leşyığanlar mafiyası”nın, murdar ət ticarətçilərinin qarşısı bu şəkildə alınar.

(musavat.com)

Xəbər 3330 dəfə oxunub.



12.12.2025  13:12 

Sabahın havası: Qar, yağış...

12.12.2025  11:46 

Tokayevdən dünyaya çağırış

12.12.2025  10:55 

Deputat vəfat etdi

12.12.2025  10:27 

Faktiki hava açıqlandı

12.12.2025  10:22 

Rafael Hüseynov istefa verir?

12.12.2025  09:54 

ПРОБЛЕМЫ ТУРАНА

11.12.2025  14:38 

DGK-nin 5 əməkdaşı saxlanıldı

11.12.2025  14:16 

Rəşad Daşdəmirov həbs edildi


BÜTÜN XƏBƏRLƏR +