YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


15.05.2025  12:13 

Sizin 16 yaşlı qızınıza 33 yaşlı kişi “namizəd“ olsa, susarsınızmı?





A+  A-

Sabirabadda 16 yaşlı bir qızın 33 yaşlı xalası oğluna məcbur ərə verilməsi cəhdi barədə yayılan xəbər hələ rəsmi təsdiqlənməsə də, bu ehtimal belə adamı dəhşətə gətirir. Biz daha nə qədər "toydu", "adətdi", "qohum məsləhətidi" adıyla uşaq istismarına göz yummalıyıq?

16 yaş - məktəb yaşındakı, hələ formalaşmaqda olan bir qız uşağıdır. Onun gələcəyi, arzuları, azad seçimi var. 33 yaş isə artıq yetkin, həyatın məsuliyyətini dərk edən bir insan yaşdır. Bu iki yaş arasında ailə deyil, yalnız təzyiq, zorakılıq və travma olar. Əgər bu cür münasibətlərin adı hələ də "evlilik" kimi təqdim olunursa, biz böyük bir faciənin içindəyik.

İnsan vicdanı susmamalıdır.

Bu, sadəcə bir ailənin daxili işi deyil. Bu, bütöv bir cəmiyyətin gələcəyinə vurulan zərbədir. Bu, uşaq haqlarının tapdanması, qadınların iradəsiz hala salınmasıdır. Qız uşaqlarını qorumaq təkcə dövlətin işi deyil, bizim - hər birimizin borcudur.

Valideynlər, qohumlar, icma ağsaqqalları – bu cür cəhdlərə "göz yummaq", "adətdi" deməklə bir cinayətə şərik olurlar. Biz bu səssiz razılığı qırmalıyıq.

Cəmiyyət olaraq bir sual verməliyik: sabah sizin 16 yaşlı qızınıza 33 yaşlı bir kişi "namizəd" olsa, susarsınızmı?

Susmayaq. Çünki bu səssizlik bir uşaq həyatına başa gələ bilər.

Tağı Türk

Xəbər 1828 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +