“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp
Ərdoğan və Zelenski bu gün görüşəcək


16.06.2017  11:12 

İki dövlət universiteti birləşdirilə bilər





A+  A-

İki ali təhsil müəssisəsinin - Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin birləşdiriləcəyi barədə xəbərlər dolaşmaqdadır. O səbəbdən ki, hər iki universitet profil baxımından uyğundur.
Digər tərəfdən 1990-cı illərdən əvvəl bu universitetlər bir olub. Bəzi məlumatlara görə, belə bir rəsmi qərarın veriləcəyi gözlənilir.
Maraqlıdır, bu universitetlərin birləşməsi hansı meyarlar əsasında gerçək ola bilər?

Təhsil eksperti Kamran Əsədov deyib ki, əslində adıçəkilən universitetlərin birləşdirilməsi məsələsi zəruridir.

“İlk növbədə qeyd etmək istəyirəm ki, hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu ali təhsil müəssisələrində mövcud olan bir sıra ixtisaslar bir-birlərini təkrar edir. Onlardan biri də, ADU və BSU arasındadır. Düzdür, biz tarixi və siyasi baxımdan slavyan ölkələri ilə münasibətlərimiz olduğuna görə bu ləğvin həyata keçirilməsi çətin prosesdir, amma nəzərə alsaq ki, slavyan dilləri Azərbaycanda xarici dil statusunu daşıyır və xarici dillərin tədrisi vahid bir təhsil ocağında həyata keçirilməlidir, o zaman bu birləşmə labüddür”.

Təhsil ekspertinin sözlərinə görə, əgər universitetlər birləşsə, tədris prosesi BSU-da aparıla bilər.

“Bundan başqa, hər iki universitetin tədris binalarının yaxın olması, rəhbərliyin idarəçilik təcrübəsinin olması bu informasiyanı həmişə aktual edir. Xüsusi ilə qeyd etmək lazımdır ki, son bir il ərzində, Slavyan Universitetində həyata keçirilən yenidənqurulma, bərpa işləri BSU-ya yeni imic, maraq formalaşdırıb. Bütün bunlar onu deməyə əsas verir ki, birləşmə həyata keçirilsə, əsas tədris binası, mərkəzlər indiki BSU-nun inzibati binasında həyata keçirilə bilər. Çünki indi bunun üçün kifayət qədər böyük imkanlar yaradılıb”.

(modern.az)

Xəbər 1578 dəfə oxunub.



15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +