Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


24.07.2025  18:53 

“Zəngəzur dəhlizi” ilk növbədə Azərbaycan proqramıdır - Levon Zurabyan





A+  A-

“Zəngəzur dəhlizi” ilk növbədə Azərbaycan proqramıdır. Azərbaycan Zəngəzuru öz nəzarətinə almaq, Naxçıvan və Türkiyə ilə əlaqə yaratmaq istəyir.

XəzərNews.az xəbər verir ki, bu sözləri erməni siyasətçi Levon Zurabyan öz Facebook səhifəsində yazıb.

“İkincisi, bu, Türkiyə ilə türk dünyası arasında kommunikasiya və iqtisadi əməkdaşlıq oxunun yaradılmasına yardım edən Turan proqramıdır.

Bəs bu necə geosiyasi proqrama çevrilir?

Bir tərəfdən Rusiya, Çin və İran üçün, digər tərəfdən isə Qərb üçün bu layihəyə kimin nəzarət edəcəyi çox önəmlidir.

2020-ci il noyabrın 9-da üçtərəfli bəyanatın imzalanması Rusiyanın vəziyyəti nəzarətə götürmək cəhdi idi. Amma təbii ki, Qərb bununla barışa bilmədi və Qarabağı itirmək bahasına olsa belə, Paşinyanı bu plandan əl çəkməyə məcbur etdi.

Və gələcəkdə bu proqramı Qərbin təsirinə tabe etmək lazımdır, hətta bunun əvəzi Ermənistanın suverenliyinin məhv edilməsi və tədricən azərbaycanlaşması olsa belə.

Başa düşməliyik ki, Sünik bizim kozırımızdır, sərvətimizdir, hazırda onun uğrunda geosiyasi mübarizə aparılır.

Belə bir kozırın olması sizi çətin vəziyyətə salır, çünki bu geosiyasi rəqabətdə qalib gəlmək son dərəcə ağıllı diplomatiya tələb edir. Vəzifə kozırdan düzgün istifadə etməkdir. Əks halda o, sizdən alınacaq və hissələrə bölünəcək. Ermənistanda balanslaşdırılmış diplomatiya aparan və geosiyasi oyunçuların maraqlarını uzlaşdıra bilən normal hökumət olsaydı, bizdə tamam başqa vəziyyət olardı”.

Levon Zurabyan əlavə edib ki, Sünik (Zəngəzur - red) belə bir geosiyasi maraq kontekstində şimaldan cənuba, şərqdən qərbə dəmir yollarının kəsişdiyi nəqliyyat qovşağına çevrilməlidir:

“Konsorsium yaratmaq və müxtəlif dövlətlərin maraqlarını uyğunlaşdırmaqla Ermənistanı ölümcül geosiyasi mübarizədən çıxarmaq olar. Biz ən mürəkkəb diplomatiya yolu ilə belə bir həllə nail olmalıyıq”.

Xəbər 602 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +