Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


28.11.2017  09:25 

Müştərilər kamera görüntülərini tələb edə bilər? - AÇIQLAMA





A+  A-

Bəzən ticarət müəssisəsində hansısa məsələyə görə sahibkar və müştəri arasında mübahisə yaşanır. Müasir dövrdə belə mübahisələrə son qoymağın daha asan yolu var. Bunun üçün mağazada, restoranda və ya başqa ticarət müəssisəsində olan müşahidə kamerasında olan görüntülərə baxmaq yetərli olur. Bəzən isə müəssisə sahibi görüntüləri müştəriyə göstərməkdən imtina edir. Bəs görəsən bu necə tənzimlənməlidir?
XəzərNews.az-ın xəbərinə görə, məsələ ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bu cür şikayətlər daxil olur. Xüsusən istehlakçıların əl çantalarına baxılması, çantalarla içəri daxil olmağa qadağanın qoyulması ilə bağlı narazılıqlar var.

“Çox təəssüflər olsun ki, ticarəti tənzimləyən Nazirlər Kabinetinin 94 saylı qərarında və digər sənədlərdə bu məsələlər həllini tapmayıb. Ticarət zallarında bu kimi məsələlər heç bir sənəddə öz əksini tapmayıb. Onu da qeyd edək ki, istehlakçı narazı olduğu xidmətə və dəqiqləşdirməyə görə kamera görüntüsü tələb edə bilər.

Lakin kommersiya qurumu video görüntünü göstərə də bilər, göstərməyə də bilər. Bütün hallarda kameralara məcburi baxış polis tərəfindən həyata keçirilə bilər. Dövlət orqanları tərəfindən istehlakçının istəyinə uyğun olaraq sahibkarın kamera görüntülərini istehlakçıya göstərməsi qanunvericilikdə öz əksini tapmayıb”.

O bildirib ki, istehlakçı belə hallarla bağlı çətinlik çəkdikdə polisə müraciət etməlidir.

“Sahibkarın istehlakçıya kamera göstərməsi məcburiyyət kimi qoyulmayıb. İstehlakçı xahiş edə bilər, əgər mümkün olsa kamera görüntüsü göstərilə bilər. Əgər sahibkar göstərməkdən imtina edərsə istehlakçı polisə müraciət edəcək hüququnu təmin edə bilər”.

Xəbər 1364 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +