“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


23.08.2017  10:25 

Gömrükdə avtobusun salonunda 14 min siqaret aşkar edildi





A+  A-

Gömrükdə avtobusun salonunda 14 min ədəd siqaret aşkar edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən XəzərNews.az-a bildiriblər ki, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Azərbaycan vətəndaşı Hüseynov Rafiq Məmmədhüseyn oğlunun idarə etdiyi "Mercedes-208D" markalı, "42-BP-973" nömrəli sərnişin mikroavtobusu Lənkəran rayonu ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsində baxış keçirilib.

Baxış zamanı sərnişin mikroavtobusunun salonunda Azərbaycan vətəndaşları Məmmədzadə Bəylər Hüseynəli oğlu və Şahyarov Arzuman Xudabağış oğluna məxsus, gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 14 min ədəd filterli siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1776 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +