53 yaşlı baş katib xəstəxanaya yerləşdirilib
ABŞ-da güclü zəlzələ
Rusiya Zaporojyeni vurdu: Ölənlərin sayı artdı
Zelenski sülh üçün əsas tələbi açıqladı
İsrail İranı belə hədəfə aldı
İndoneziya Prezidenti Çin səfərini ləğv edib, buna görə...
Putin köçəri quşlarla bağlı göstərişlər verdi
Ərdoğan Çinə səfər edib
Putin Rəhimovun da “bazarını” bağladı
Azərbaycan səhiyyəsini niyə dirçəltmək olmur?


10.05.2017  16:14 

İslam Oyunlarının sınaq açılışı və bağlanışı test edildi





A+  A-

Mayın 8-də IV İslam Həmrəyliyi Oyunlarının Sınaq Açılış zamanı Açılış və Bağlanış mərasimləri günü (12 və 22 may tarixlərində) üçün nəzərdə tutulan nəqliyyat əməliyyatları da test edilib.
Bu haqda XəzərNews.az-a Bakı Nəqliyyat Agentliyinin ( BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

O qeyd edib ki, əvvəlcədən müəyyən edilən plana uyğun olaraq, biletli tamaşaçıların daşınmasını həyata keçirən 3 ekspress xətt üzrə fəaliyyət göstərən 228 avtobus (ehtiyat olaraq, əlavə 90 ədəd avtobus) Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına toplanıb:

“Burada zəruri prosedurlar - sürücülərin tibbi müayinəsi və nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi təmin edilib. Saat 17:00-dan etibarən tamaşaçıların əvvəlcədən təyin olunmuş ərazilərdən metronun “Qara Qarayev” stansiyasının qarşısından X1 Express xətti, metronun “Gənclik” stansıyasının qarşısından X2 Express xətti, metronun “20 yanvar” stansiyasının qarşısından X3 Express xətti üzrə Bakı Olimpiya Stadionuna daşınmasına başlanılıb. Saat 20:40-dək Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil edilmiş 3 Exspress xətt üzrə 6000-dən çox sərnişinin 267 avtobus vasitəsilə Olimpiya Stadionuna daşınması həyata keçirilib”.
O bildirib ki, mərasim bitdikdən sonra axşam saat 23:00-dan 02:00-dək ümumi olaraq 8500-dən çox tamaşaçının 185 avtobusla fasiləsiz və təhlükəsiz şəraitdə operativ şəkildə əvvəlcədən müəyyən olunmuş nöqtələrə - yəni, metronun “Qara Qarayev”, ”20 yanvar” və “Gənclik” stansiyalarına geri gətirilməsi təmin olunub:
“Görülən işlər çərçivəsində exspress xəttlərdən istifadə edəcək sərinişinlərin məlumatlandırılması və istiqamətləndirilməsini təmin etmək məqsədilə, Bakı Nəqliyyat Agentliyi tərəfindən əvvəlcədən müəyənləşdirilmiş nöqtələrə nəqliyyat bələdçiləri təyin edilib”.

Xəbər 4052 dəfə oxunub.



31.08.2025  00:19 

ABŞ-da güclü zəlzələ

31.08.2025  00:11 

Buray Bakıda konsert verəcək

30.08.2025  23:53 

Günəşdə güclü partlayış

30.08.2025  23:34 

Ərdoğan Çinə səfər edib

29.08.2025  16:50 

Prezident Sərəncam imzaladı

29.08.2025  16:13 

Teleqramda rus kanalları silindi


BÜTÜN XƏBƏRLƏR +