Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi
Almaniya lazer silahını sınaqdan keçirib -FOTO
İcra başçısı həbs edilmiş müavini ilə Lənkəranda da birgə işləyib...
Daha bir məktəbdə monitorinq keçirilib
Prezident Göyçə gölündən danışdı
Xəzər” adında dəniz yoxdur, amma...-Məhəmmədi


16.12.2019  10:45 

“Kimdir günahkar?” deyib barışdılar...





A+  A-

İki il bundan öncə bir-birinin ünvanına sərt sözlər deyərək qalmaqal yaşayan Xalq artisti Röya Ayxanla müğənni İradə İbrahimova barışıb.
XəzərNews.az xəbər verir ki, əvvəlcə Röya instaqram səhifəsində İradənin “Kimdir günahkar?” ifasını paylaşaraq onun adını “tag” edib.

İradə həmin görüntüləri “repost” edərək öz səhifəsində yayıb və belə şərh yazıb: “İnsanın həyatında gözəl şeylər olduqca daha çox paylaşmaq, coşdurmaq, o hissləri ətrafına bulaşdırmaq istəyir. Məni bu həyatda çox sevindirən şeylərdən biri də insanları xoşbəxt görməkdir. Röya, üstümüz, başımız hüzura, sevincə bulansın. Parılda”.

“Sevmək, nə gözəl şeysən. Öz içindəki gözəllikləri başqa birində rast gəlmək gözəl hissdir. Səmimiyyətin qalmadığı bir dünyada səmimiyyət görmək çox təsəllivericidir. Röya, çox xoş oldu. Mahnıyla bu gecə atamı da anmış oldum. Bu ifanı çox sevərdi”.

İ. İbrahimova daha sonra Xalq artistinə sual ünvanlayıb: “Doğrudan, görəsən kimdir günahkar?”. R. Ayxan isə suala “gəl, artıq tanış olaq” şərhini yazıb.

Qeyd edək ki, iki tanınmış arasında qalmaqal İradənin Röya Ayxanın Türkiyədə ulduz ola bilməyəcəyini və buna görə əbəs yerə pul xərclədiyini açıqlamasından sonra başlamışdı. Bundan sonra Röya sənətçinin ünvanına ağır sözlər demişdi.

Xəbər 3145 dəfə oxunub.




03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu


BÜTÜN XƏBƏRLƏR +