Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


11.08.2017  10:26 

İpoteka ilə bağlı yenilik - VİDEO





A+  A-

İpoteka müqavilələrinə müxtəlif yeniliklər tətbiq edilə bilər. Təkliflər Banklar Asossiasiyası tərəfindən hazırlanaraq banklara göndərilib. Təkliflərin bir qismi indidən ciddi müzakirələrə səbəb olub.
XəzərNews.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, ipoteka müqavilələrinin məzmunu ilə bağlı ciddi dəyişikliklər ola bilər. Banklar Assossiasiyasından verilən məlumata görə artıq bununla bağlı kommersiya banklarına təkliflər göndərilib.
Təkliflərdən biri vətəndaşın götürdüyü krediti qaytara bilmədiyi təqdirdə bankın əmlakı məhkəməyə müraciət etmədən satışa çıxara bilməsi ilə bağlıdır.Hazırki təcrübəyə əsasən məhkəməyə müraciət edilmədən əmlak o zaman satışa çıxarıla bilər ki, vətəndaşın notarial qaydada razılığı tələb edilir. Amma yeni təklif bu razılığın məhdudlaşdırılmasını nəzərdə tutur. Hüquqşünas Anar Ramazanov deyir ki, bu təklif vətəndaşın hüquqlarının pozulmasına və ciddi mübahisələrə səbəb olacaq.
Digər təklif ipoteka predmeti olan əmlakın satışından əldə edilən gəlirin hansı formada bölüşdürülməsinin müqaviləyə daxil edilməsidir. Ekspertin sözlərinə görə bu, vətəndaşların xeyrinə olan bir müddəadır. Çünki sui-istifadə hallarının qarşısı müəyyən qədər alına bilər.
Bundan əlavə əmlakın açıq bazarda satışı zamanı əmlakın ilkin qiymətin müstəqil qiymətləndiricilər tərəfindən qoyulması nəzərdə tutulub. Bu da əmlakın qiymətinin real bazar dəyərində qiymətləndirilməsinə, son nəticədə isə vətəndaşın ziyana düşməsinin qarşını ala bilər. Hazırki qaydalara əsasən isə açıq bazarda satış zamanı razılıq tərəflər arasında əldə edilirdi.Bu zaman banklar əmlakı özlərinə sərf edən qiymətə sata bilirdilər.
Bu arada qeyd edək ki, bu gündən etibarən ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs "Elektron hökumət" portalına daxil olaraq müraciət edə bilər.İpoteka krediti üçün real vaxt rejimində müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq.


Xəbər 3654 dəfə oxunub.




03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +