Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi
Almaniya lazer silahını sınaqdan keçirib -FOTO
İcra başçısı həbs edilmiş müavini ilə Lənkəranda da birgə işləyib...
Daha bir məktəbdə monitorinq keçirilib
Prezident Göyçə gölündən danışdı
Xəzər” adında dəniz yoxdur, amma...-Məhəmmədi


17.05.2017  12:51 

Bu nazirliklər birləşsə nə dəyişəcək?





A+  A-

İqtisadçı ekspert Vüqar Bayramov Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək İqtisadiyyat Nazirliyinə birləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, V. Bayramov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti ilə bağlı dünyada fərqli təcrübələr var: “Bəzi ölkələrdə Kənd Təsərrüfatı Nazirliyi departament, bəzilərində isə ayrıca nazirlik və ya agentlik kimi fəaliyyət göstərir. Ona görə də beynəlxalq təcrübədə bu nazirliklə bağlı heç bir institisional təcrübə yoxdur.

Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edilməsi struktur dəyişikliyi ilə bağlıdır. Bunun müsbət və müəyyən çatışmayan məqamları var.

Birləşmə dövlət xərcləmələrinə qənaət edilməsinə imkan yaradır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin də hazırladığı və təqdim etdiyi təkliflər paketində də Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat Nazirliyinin tərkibinə bir departament kimi birləşdirilməsi məsələsi təklif olunurdu. İnkişaf etmiş ölkələrdə belə bir praktika var. O baxımdan büdcə vəsaitlərinə qənaət edilməsi və strukturun bütövlükdə idarəetmə aparatının optimallaşdırılması baxımından Kənd Təsəürraftı Nazirliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi məqsəduyğun hesab edilə bilər. Ancaq çatışmazlıqlar ondan ibarətdir ki, əgər bir qurum ləğv edilərsə və ya başqasına birləşdirilirsə bu həmin qurumda işləyənlərin əksəriyyətinin iş yerini itirməsi deməkdir. O baxımdan məşğulluğun təmin edilməsi və kənd təsərrüfatı sxemində çalışanların işsiz qalması bir çatışmazlıq kimi qeyd olunmalıdır. Eyni zamanda digər məqam isə Azərbaycanda postneft dövründə kənd təsərrüfatının prioritet məsələ olmasıdır. Bu sektorun inkişafı prioritet olduğu üçün ayrıca bir qurumun məsələləri tənzimlənməsi məqsədəuyğun hesab edilə bilər”.

Xəbər 3498 dəfə oxunub.




03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu


BÜTÜN XƏBƏRLƏR +