Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakət yaratdı: Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı
Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti


24.04.2025  11:40 

Onlar azadlığa buraxılacaqmı? - Bu gün məhkəmədir





A+  A-

Bu gün jurnalist Əvəz Zeynallı və media eksperti Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün məhkəməyə edilmiş müraciətlərə baxılacaq.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hər iki media nümayəndəsinin xəstəliyi ilə bağlı həbsdən azad edilməsi istənilir.

İlk proses Bakı Ağır Cinayətlər Məhkəməsində saat 10:30-a təyin edilib. Hakim Azər Tağıyevin sədrlik etdiyi məhkəmə heyəti “Toplum Tv” işi üzrə ittiham olunan Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması vəsatəti üzrə qərarını açıqlayacaq. Vəsatətə əsas kimi təqsirləndirilən şəxsin ağır xəstəlikdən əziyyət çəkməsi göstərilib.

Saat 15:30-da isə Nizami Rayon Məhkəməsində Əvəz Zeynallının cəzasının çəkilməmiş hissəsindən azad edilməsi məsələsi müzakirə ediləcək. Burada qərarı hakim Nigar Qədirli qəbul edəcək.

Bu yaxınlarda Əvəz Zeynallıda xərçəng xəstəliyi aşkar edilib. Ərizənin təmin edilməsi üçün də əsas olaraq bu göstərilib. Qanuna görə, məhkum ağır xəstəliyə tutularsa, cəzaçəkmədən azad edilə bilər.

Qeyd edək ki, Ələsgər Məmmədli ötən il həbs edilib. Onun cinayət işi üzrə məhkəmə araşdırması indi başlayıb. Əvəz Zeynallı isə ötən il 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 1785 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +