Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


07.07.2021  15:34 

Bu sürücüyə görə “BakuBus”a xəbərdarlıq edildi





A+  A-

“BakuBus”a məxsus sərnişin avtobusu sürücüsünün mobil telefondan istifadə etdiyi üçün qəza törətməsinə görə şirkətə xəbərdarlıq olunub.
XəzərNews.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sərnişindaşımalarda təhlükəsizliyin təmin olunması ən vacib məqamlardan biridir: “Bununla bağlı “BakuBus” MMC də daxil bütün daşıyıcılara mütəmadi olaraq tapşırıq və tövsiyələr verilir.

Sərnişinlərin həyatı üçün ciddi təhdid yaradan hərəkətlərin yolverilməz olduğunu qeyd edərək bildiririk ki, bu məsələylə bağlı “BakuBus” MMC-yə xəbərdarlıq edilib. Analoji halların təkrarlanmaması üçün təcili surətdə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.

Videodan da göründüyü kimi sükan arxasında mobil telefondan istifadə, sürücünün ani diqqətsizliyi məhz bu cür qəzalara, insan həyatına səbəb olar.

Ona görə də bir daha nəinki avtobus, ümumiyyətlə sükan arxasında olan bütün sürücülərə bildiririk ki, yol hərəkəti qaydalarına əməl etsinlər”.

Qeyd edək ki, “Azneft” dairəsi yaxınlığında “BakuBus”a məxsus 5 və 125 nömrəli sərnişin avtobuslarının toqquşması nəticəsində 7 sərnişin xəsarət alıb.



Xəbər 2430 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +