14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


16.01.2018  12:36 

Dövlət uşaq bağçaları belə maliyyələşəcək





A+  A-

Nazirlər Kabineti “Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”ni təsdiq edib.
XəzərNews.az xəbər verir ki, dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələş-dirmə normativləri “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə uyğun olaraq dövlət məktəbəqədər təhsil müəssisələrinin büdcədən maliyyələşdirilməsi üçün saxlanma xərclərinin proqnozlaşdırılması məqsədi ilə hazırlanıb. Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün vahid büdcə təsnifatına uyğun büdcə vəsaitlərinə olan tələbatı müəyyən etmək məqsədi ilə tətbiq edilir.

Dövlət məktəbəqədər təhsil müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması qanunla müəyyən edilən müdafiə olunan xərc maddələri istisna olmaqla, cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının həddindən asılı olaraq müəyyənləşdirilir və xərclər aşağıdakı istiqamətlər üzrə aparılır:

“Ştatda olan işçilərin əməkhaqqı” xərc normativinə ştatda olan işçilərin və qulluqçuların pul formasında aldıqları vəzifə (tarif) maaşı, vəzifə maaşına əlavə və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya (pul təminatı) ilə bağlı xərclər daxildir.

“Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri” xərc normativinə işçilərə verilən mükafatlar, maddi yardımlar, həmçinin istirahət, bayram və ümumxalq hüzn günü işə çıxan işçilərə əlavə iş saatlarına görə verilən ödənişlərlə bağlı xərclər daxildir.

Təhsilverənlərin (pedaqoji işçilər) və təlim-tərbiyə prosesində iştirak edən digər işçilərin əməkhaqqı hədləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən Vahid Tarif Cədvəlinə uyğun müəyyənləşdirilmiş əməyin ödənişi dərəcələri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən müəyyən edilir.

Bu istiqamət üzrə xərc normativinə işəgötürənlərin Azərbaycan Respublikasının “Sosial sığorta haqqında”, “İcbari tibbi sığorta haqqında” (bu sığorta növü tətbiq edilən ərazilərdə) və “İşsizlikdən sığorta haqqında” qanunlarına əsasən müəyyənləşdirilmiş hədlərdə sığorta ayırmaları üzrə xərcləri daxildir. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə ödənilir.

Xəbər 1592 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +