Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


01.03.2024  15:07 

Avropa Parlamenti Azərbaycanı yenə nədə ittiham edir?





A+  A-

Avropa Parlamentinin fevralın 28-də açıqlanmış illik hesabatında Azərbaycan beynəlxalq qanun və insan haqlarını kobud şəkildə pozmaqda ittiham olunur.

Xəzərnews.az xəbər verir ki, sənəddə Qarabağda baş verənlər "de-fakto etnik təmizləmə kimi qiymətləndirilə biləcək” hadisə sayılır:

"Azərbaycanın hərəkətləri nəticəsiz qala bilməz və çoxsaylı atəşkəs pozuntuları üçün məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə sanksiyalar elan olunmalı, Enerji Anlaşması Memorandumu ləğv edilməlidir".

Hesabatda deyilir ki, Ermənistana hər hansı hərbi təcavüz təqdirində Prezident Əliyevin "hərbi və siyasi” əhatəsinə hədəfli və fərdi sanksiyalar elan olunmalı, neft və qaz idxalı dayandırılmalıdır.

Azərbaycan XİN sənədi "qarayaxma” adlandırıb:

"Heç bir mülki əhalinin hədəf alınmadığı anti-terror tədbirlərini pisləməsi, ərazilərimizdə separatçılığın, Ermənistanın keçmiş işğalçılıq siyasətinin təşviq olunması bir daha göstərir ki, Avropa Parlamenti üçün beynəlxalq hüquq və Avropa İttifaqının maraqları yox, parlament üzvlərinin şəxsi maraqları üstünlük təşkil edir”.

Xatırladaq ki, Qarabağ işğaldan azad olunandan sonra Azərbaycana qarşı müxtəlif istiqamətdə təzyiqlər başlayıb.

Xəbər 1305 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +