“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


12.09.2022  09:20 

Cüdoçularımız 1 qızıl, 3 gümüş və...





A+  A-

Cüdo üzrə Azərbaycan milli komandası İtaliyanın Riççione şəhərində keçirilən açıq Avropa turnirində 6 medal qazanıb.

XəzərNews.az xəbər verir ki, cüdoçularımız turnirdə 1 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olublar.

Turnirdə 100 kiloqram çəki dərəcəsində final görüşündə Azərbaycan cüdoçuları üz-üzə gəliblər. Məmmədəli Mehdiyevi məğlub edən Zelim Kotsoyev qızıl medal qazanıb. M.Mehdiyev isə gümüş mükafatla kifayətlənib.

Daha 2 gümüş medala Rövşən Əliyev (60 kq) və Orxan Səfərov (66 kq) sahib olublar.

Bürünc medalları isə yığmamıza Səid Mollayi (81 kq) və Uşangi Kokauri (+100 kq) qazandırıblar.

Azərbaycan medal əyarına görə ümumi hesabda üçüncü, kişilər arasında isə ikinci yeri tutub.

Xəbər 4929 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +