“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


16.05.2022  09:31 

Qurbanov “Qarabağ“da olacaq dəyişikliklərdən danışdı





A+  A-

Futbolçularımı təbrik edirəm. Hər birinə görə sevindim. Bir az həyəcanlı olduqları hiss olunurdu. Həm də istəkli idilər. Gənclərin demək olar ki, hamısının əzələlərində problem yarandı. Bu da həyəcan və yüklənmədən irəli gəlir.

XəzərNews.az xəbər verir ki, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov səfərdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVII tur matçından sonra mətbuat konfransında deyib.

Q.Qurbanov XXVIII turda yerli və gənc oyunçulara şans vermək planının olmadığını bildirib: "Mövsümün sonuna yaxın futbolçuları öz formalarından tam uzaqlaşdırmaq da olmaz. Özünüz də görürsünüz, hər matçda rotasiyalar edirdim ki, oyun praktikası itirilməsin. Gələn matçda az oynayan futbolçular meydanda olacaqlar. Balansı qoruyub-saxlayırıq. 12 nəfəri çıxmaq şərtilə, futbolçular yetərincə şans qazanırlar. Gənclər U-21-in heyətində də meydana çıxırlar".

Baş məşqçi "Neftçi"yə qarşı son tur matçına eyni heyətlə çıxmayacaqlarını vurğulayıb: "Başqa dəyişikliklər olacaq. Bu gün Marko Veşoviçə istirahət verdim. Abbas Hüseynovda isə zədə var, lakin kubokun finalına çata bilər. Hələ məşqlərə başlamayıb. Yəqin, "23-lük" olacaq. Lakin meydana çıxacağına inanmıram. Qəbələyə final matçından bir gün əvvəl yollanacağıq”.

Xəbər 8292 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +