Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


24.01.2024  16:39 

Alimpaşa Məmmədovun həbs qərarı ləğv edilə bilər





A+  A-

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə əmlaklar üzərinə qoyulmuş həbs qərarı ləğv edilə bilər.

Xəzərnews.az xəbər verir ki, bununla iş üzrə mülki iddiaçı qismində tanınmış Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyan artıq tam ödənilib.

Məlum olduğu kimi sabiq icra başçısının cinayət işinə görə əmlakları üzərinə həbs qoyulub. Həmin əmlaklara "Şəmkir Səbət" MMC və "Abad Şəmkir" MMC daxildir.

Bu əmlaklar Sahibkarlığın İnkişafı Fondundan kredit öhdəliyi ilə aşağı qiymətə alınıb. İstintaqın gedişi zamanı ödəniş tam yekunlaşmadığı üçün məhkəmənin qərarı ilə əmlaklar üzərinə həbs qoyulub. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən əvvəlki iclasda mülki iddiaçının nümayəndəsi kredit borcunun ödənilməsi qarşılığında əmlaklar üzərindəki həbs qərarının götürülməsini istəmişdi.

Bu gün üçün ümumilikdə 730 min manatlıq kredit borcu tam ödənilib. Növbəti məhkəmə prosesində əmlakların üzərinə qoyulmuş həbs qərarının ləğvi məsələsi müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, A. Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Vəzifə cinayətlərində ittiham olunan keçmiş icra başçısı məhkəmədə özünü təqsirli bildiyini deyib.//Qafqazinfo


Xəbər 6333 dəfə oxunub.




26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +