Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


21.05.2025  12:16 

Nazir müavinin qardaşı 1.2 milyonluq tenderin qalibi oldu





A+  A-

“Naxçıvan Yol Təchizat” MMC dünən iki tenderinə yekun vurub.

Sözügedən qurum Naxçıvanda bir sıra işləri həyata keçirəcək.

Tenderlərdən birinə əsasən MMC Babək, Culfa, Ordubad, Kəngərli və Şərur rayonları ərazilərində torpağın, qum-çınqılın qazılıb avtomaşına yüklənməsi və asfalt-betonun daşınmasıni həyata keçirəcək. “AQROMAN” MMC ilə bağlanılmış müqaviləyə əsasən bu işləri 1 milyon 285 min 628 manata reallaşdıracaqlar.

MMC-nin ikinci tenderi isə metal baryerlərin satınalınmasından ibarətdir. Bununla bağlı “MARKA METAL ƏRİTMƏ” MMC ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri isə 160 min 599 manatdır.

Məsələ ilə bağlı tribunainfo.az-ın apardığı araşdırma zamanı məlum olub ki, “Naxçıvan Yol Təchizat” MMC-nin 1.2 milyon manatlıq müqavilə bağladığı “Aqroman” şirkəti heç də kiçik adama məxsus deyilmiş. Belə ki, “Aqroman” MMC (VÖEN – 1202544661) Rəfiyev Müzadil İlqar oğluna MƏXSUSDUR. Bu şəxs hazırda şirkətin qanuni təmsilçisidir.

Açıq mənbələr üzərindən aparılan araşdırma zamanı bəlli olub ki, Rəfiyev Müzadil İlqar oğlu xarici işlər nazirinin müavini Rəfiyev Yalçın İlqar oğlunun qardaşıdır. Hazırda xarici işlər nazirinin müavini olan Yalçın Rəfiyev də Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102 ünvanında qeydiyyatdadır.

Bundan başqa, “Laguna Group” MMC də eyni ünvanda qeydiyyata alınıb. Bir sıra iri tenderlərin qalibi olan bu şirkətin rəhbəri Qarayev Ərtoğrul Hafiz oğlunun isə Yalçın Rəfiyevin yaxın qohumu olduğu bildirilir.

Xatırladaq ki, Yalçın Rəfiyev 2019-cu ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb. 8 sentyabr 2023-cü il tarixindən xarici işlər nazirinin müavini təyin olunub./Tribunainfo.az


Xəbər 2073 dəfə oxunub.




25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +