Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR
“TikTok”da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi
İcra hakimiyyətinin sahibsiz telefonları, günü-gündən böyüyən problem - Nərimanovdan ŞİKAYƏT
Putin “Oreshnik“in Rusiyada istehsalından danışdı
Yevlaxda toyda söyüş söyən qonağı pilləkəndən atdılar
Rövnəq Abdullayev iş kabinetindən narazıdır?
Qarpız və yemişi rahat yeyə bilərsiniz
“Markov Azərbaycan agentidir“ - Zatulindən ŞOK AÇIQLAMALAR
Polis məşhur müğənnini Nardaran pirinə buraxmadı
Xəlilovlar Putini seçdi


08.06.2020  20:36 

“Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu





A+  A-

Gənclərin maarifləndirilməsi məqsədilə müxtəlif bilik yarışlarını dəstəkləyən “Nar”ın baş sponsorluğu ilə keçirilən “Breyn Rinq” intellektual oyununun XV mövsümü başa çatıb.
XəzərNews.az xəbər verir ki, 36 komanda arasında gedən gərgin mübarizədə “Nar” komandası bütün rəqiblərini geridə qoyaraq XV mövsümün çempionu olub. Komanda eyni zamanda, mobil operator tərəfindən təsis edilmiş “Nar” kubokunun sahibi olub. Qeyd edək ki, final oyunda mobil operatorun dəstək olduğu “Nar” komandasının intellektualları “Kapital Bank”, "Bridge", "Dövlət İdarəçilik Akademiyası" komandalarını geridə qoyub. Xatırladaq ki, “Nar” komandası ötən mövsümdə də bütün rəqiblərini geridə qoyaraq 2019-cu ilin Azərbaycan çempionu tituluna sahib olmuşdu.

Artıq 8 ildir ki, “Nar”ın baş sponsorluğu ilə yayımlanan ölkənin ən maraqlı intellektual yarışının 15-ci mövsümündə respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 36 komanda mübarizə aparıb. Qeyd edək ki, hər il olduğu kimi, bu mövsüm də televiziya tamaşaçıları “Breyn Rinq” intellektual oyununu izləməklə yanaşı, həm də “Nar”dan hədiyyə qazanmaq şansı əldə ediblər. Belə ki, verilişin yayımı zamanı “Nar”ın “Facebook” səhifəsində qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanıblar.

“Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da gənclərin elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir, maariflənməni təşviq edir. Mobil operatorun KSM layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

Xəbər 3129 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.08.2025  15:57 

Xəlilovlar Putini seçdi

01.08.2025  13:47 

Kredit kartlarına LİMİT QOYULDU

01.08.2025  11:25 

Məşhur karaoke klubu bağlandı


BÜTÜN XƏBƏRLƏR +