Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT
“PulPal” “Mpay”də qanun pozuntuları aşkarlanıb
Təhsil Tələbə Kreditini almaq niyə əlçatmaz olub?
Daha bir məktəb direktorunun səs yazısı yayıldı
Nazirlik Mehdiyevlərin şirkətilə 288 min manatlıq müqavilə imzaladı
Qubada həll olunmayan yol problemi
Kəlbəcərdə yaralanan jurnalist məhkəmədə ifadə verdi
“Səhər 9-da xəstəxanada olsaq da, növbəmiz 1780-ci idi...
Kosmetoloq jurnalisti məhkəməyə verdi
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib?


12.05.2020  11:48 

Alı Alıyev barama saxlanılan məntəqələrdə olub - Fotolar





A+  A-

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri ardıcıl və sistemli şəkildə davam etdirilir.
XəzərNews.az xəbər verir ki, bununla yanaşı aqrar rayon olan Füzulidə kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanılır. Rayonda strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Füzuli rayonu ərazisinin böyük bir hissəsi işğal altında olmasına baxmayaraq 10 ildir ki, respublikada 100 min tondan artıq taxıl istehsal edən rayonlardan biridir.

Rayonda kənd təsərrüfatının digər sahələrindən olan şəkər çuğunduru, pambıq əkini başa çatdırılıb, bostan-tərəvəz məhsullarının əkini isə davam edir. İpəkqurdu bəsləyərək qısa müddətdə yüksək gəlir əldə edən Füzulili kümçülər bu il 1250 qutu ipəkqurdu toxumu götürüblər. Rayonun müxtəlif yaşayış məntəqələrində ipəkqurdu bəslənilməsinə ümumilikdə 6 min nəfərə yaxın məcburi köçkün cəlb olunub.

Bu məqsədlə Rayon İcra Hakimiyyətinin başçısı AlıAlıyev rayonun Böyük Bəhmənli, Araz Yağlıvənd, Mahmudlu-1, Kürdmahmudlu, Alıxanlı kəndlərində və digər yaşayış məntəqələrində olub, kümçülərə öz tapşırıq və tövsiyələrini verib.

Təkcə 2019-cu ildə ipəkqurdu saxlayan füzulili kümçülər 450 min manata yaxın vəsait əldə ediblər. İstehsal olunan məhsulun pulu kümçülərə plastik kartlar vasitəsilə ödənilib. Füzulili kümçülər cari ildə isə 50 tondan artıq yaş barama istehsal edərək bir aya yaxın müddətdə 600 min manata yaxın pul qazanmağı qarşılarına məqsəd qoyublar.

Rayon ərazisində barama qəbulu məntəqəsinin tikintisi də davam edir. Məntəqənin istifadəyə verilməsi ilə Füzulidə bu gəlirli sahə daha da inkişaf edəcək, kümçülər istehsal etdikləri yaş baramanı heç bir əziyyət çəkmədən və vaxt itirmədən həmin məntəqəyə təhvil verəcəklər.






Xəbər 3149 dəfə oxunub.



31.07.2025  17:47 

Füzulidə ağır qəza baş verib

31.07.2025  15:58 

Sabiq prokuror vəfat etdi

31.07.2025  14:44 

Bu ərazilərdə işıq kəsiləcək

31.07.2025  14:33 

Qubada həll olunmayan yol problemi

31.07.2025  13:50 

İlham Əliyev sərəncam imzaladı

31.07.2025  12:17 

Sabah 41 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +