Aliment ödəmək üzrə YENİ REKORD - 13 illik məbləği...
Şahin Şıxlinski təkadamlıq kameraya salınıb
Xırdalan və Masazıra metro xətti çəkilir?
“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyətə görə cərimələndi
Cərrahlara saxta sertifikat verən nazirlik əməkdaşları məhkəməyə çıxdı
“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?


14.06.2019  17:15 

Gənclərin sosial şəbəkələrdə aktiv iştirakı – bu hər zaman müsbət nəticələnmir





A+  A-

Gənclərin milli maraqların müdafiəsinə cəlb edilməsi üçün əvvəlcə bir neçə istiqamətdə inkişafa nail olmaq lazımdır. Bu istiqamətlər aşağıdakılar daxildir:

- gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi;
- təhsil potensiallarının artırılması üçün mədəni islahatların həyata keçirilməsi;
- dövlət idarəçiliyində rolunun artırılması və beynəlxaq aləmə inteqrasiyası.

Bu istiqamətdə həyata keçirilən bütün fəaliyyətlər gənclərin inkişafına xidmət edir. Eyni zamanda, həmin istiqamətlər milli maraqların müdafiəsinin gücləndirilməsində də öz rolunu göstərir.

Azərbaycan Respublikasının milli maraqlarının müdafiəsinin başlıca şərti təhlükəsizliyin təmin edilməsidir. Milli maraqların müdafiəsi - dövlətin suverenliyinin, ərazi bütövlüyünün qorunması, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, xalqın vahidliyinin qorunub saxlanılması kimi istiqamətlərdən ibarətdir.

Dağlıq Qarabağ münaqişəsinin artıq sosial şəbəkələrdə də informasiya müharibəsi halında davam etməsi ərazi bütövlüyünün qorunması timsalında milli maraqların müdafiəsinə töhfəsidir. Bu prosesdə əsas rol internet istifadəçilərinin əksəriyyətini təşkil edən gənclərə məxsusdur. Bu prosesi sürətləndirmək məqsədilə müxtəlif layihələr həyata keçirilir. Siyasi strukturlarda başladılan təcrübə proqramları gəncləri məqsədyönlü istiqamətlərdə yönləndirmək vəzifəsinə qulluq edir. Həmçinin, gənclərin kadr kimi təkmilləşdirilməsi yönündə həyata keçirilən bütün fəaliyyətlər də son məqamda gənclərin milli maraqların müdafiəsinə cəlb edilməsinə xidmət edir.

Sosial şəbəkələrdə gənclərin aktiv iştirakı hər zaman müsbət nəticələnmir. Azərbaycanla bağlı məkirli planlarını reallaşdıra bilməyən xarici düşmən qüvvələr dünyada baş verən ictimai - siyasi prosesləri, beynəlxaq səviyyədə gedən oyunları başa düşə bilməyən gənclərdən istifadə edərək müstəqilliyimizin məhvinə cəhd edirlər. Lakin, bu cəhdlər dəfələrlə iflasa uğramışdır. Bəzən bu tora düşən, sonda nəticə olaraq, xəyanətkarlıqla ittiham olunan gənclər də olur. Həyata keçirilən layihələrin də əsas hədəfləri həmin gənclərdir. Belə gənclərə vətənpərvərlik hisslərinin təlqin edilməsi bu mərhələli prosesin başlanğıcını təşkil edir.

İnternetin gəncləri müvafiq yöndə gücləndirməsi informasiya terroruna da şərait yaradır. Belə ki, gənclər kritik böhran dönəmlərində informasiya terroruna başlayır. Dövlətimizin milli maraqlarının müdafiəsinə xidmət eden bu düşmənə yönəlik fəaliyyət anonimlik xatakteri qazananda vəziyyəti daha da mürəkkəbləşdirir. Lakin, eyni proses düşmən tərəfindən dövlətimizə qarşı istiqamətlənəndə təbii olaraq bu, müsbət nəticələr doğurmur. Bəzən, elə düşünülür ki, müstəqil internet resurslarının meydana gəlməsi dolğun məlumat axınına şərait yaradacaq.

Real vəziyyətdə isə təəsüf ki, buna nail ola bilmirik. Minlərlə informasiyanın içərisindən doğruluğa adekvat cavab verənini seçmək mümkün olmur. Bu halda istər milli maraqlara xidmət edən, istərsə də digər əhəmiyyətli məsələlər barədə sosial şəbəkələrdə yayılan informasiyalar gəncləri doğru yöndə irəliləməyə imkan vermir.

Beləliklə, gənclər sadəcə milli maraqların müdafiəsinə cəlb edilməli deyil, bununla yanaşı, sosial şəbəkələrdə həyata keçirilə biləcək əsas məkirli oyunlara qarşı da onların hazırlığı təşkil olunmalıdır.

“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar
İctimai Birliyinin Analitik Qrupu


Bu məqalə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin internet səhifələrində, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi” layihəsi çərçivəsində hazırlanıb.



Xəbər 2446 dəfə oxunub.




05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi

05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb


BÜTÜN XƏBƏRLƏR +