Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


20.06.2025  10:38 

Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır





A+  A-

Memar Fidan Süleymanlı Yasamal rayonu ərazisində “Kubinka” kimi tanınan ərazidə tikinti normalarını kobud şəkildə pozaran çoxmənzilli bina inşa edən “RR Constructions İmperial Residence” tikinti şirkətinin özbaşınalığını işıqlandırıb. Memar sözügedən şirkətin ətraf ərazidə yaşayan sakinləri təhlükəyə atdığını, tikinti zamanı nə təhlükəsizlik qaydalarına, nə də mövcud infrastrukturun qorunmasına riayət olunduğunu bildirib.

F.Süleymanlı tikinti aparılan ərazidən çəkdiyi videonu TikTok sosial şəbəkəsində paylaşaraq bildirib ki, iş aparan şəxslər heç bir təhlükəni, baş verə biləcək faciəni nəzərə almırlar:

“Mən bir memar kimi burada bu işlər başlayanda demişdim ki, burada iş aparmaq çox təhlükəlidir. Bu qədər böyük yer qazılıb. Burada hələ də yaşayanlar var. Ancaq məhəl qoyulmadan evlərin altı qazılır. Hələ də torpağınv altından su çıxır, burada su quyuları var. Deməli, bu suyu qurutmaq olmur, su hələ də çıxır. İş aparmaq təhlükəlidir. Görürlər ki, suyu qurutmaq olmur. Deməli burada belə problem var da. Bəs niyə problem olan yerdə iş aparırsan?

İş icraçısı Məhəmməd adlı şəxsdir. Bu adamın gördüyü iş cinayətdir. Bu adam etdiyi bu cinayətə görə həbs edilməlidir, əslində. Burada yaşayan insanların bəxti gətirib ki, evləri çökməyib. Öz traktorları işləyə-işləyə atdıqları beton hasar üstlərinə aşıb. Bu beton suvaylar heç bir təhlükənin qarşısını ala bilməz. Mən bir memar kimi deyirəm, bu görülən iş təhlükəli işdir. Neçə ailə risk altındadır”.

Memar qeyd edib ki, problemlə əlaqədar Fövqəladə Hallar Nazirliyinə də müraciət edib:

“Ancaq bilmirəm FHN müraciətimə əsasən əraziyə gələcək ya yox. Ancaq görsünlər ki, vəziyyət budur. Buradan FHN-ə, digər məmurlara səslənirəm, belə savadsızlara iş verəndə axırı belə olur. Başınız çıxamayan işə niyə baş qoşursunuz? Bu insanlara niyə belə təhlükə yaradırsınız? Burada neçə ev təhlükədədir. Qaza-qaza gedirlər. Bu evlər hamısı uçub gedəcək. İçində insanlar yaşayır. Ancaq heç veclərinə də deyil. Tikintini isə davam etdirirlər”.

Xatırladaq ki, sözügedən tikinti işlərini aparan “RR Constructions İmperial Residence” tikinti şirkətinin rəhbəri Rafael Abdullayevdir. Sözügedən şirkət dəfələrlə narazı sakinlər tərəfindən məhkəməyə verilib./Tribunainfo.az

Xəbər 874 dəfə oxunub.




25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +