İbrahim Tatlısəs dostunu ifşa etdi
Ukrayna PUA-ları Voronej və bölgəyə zərbələr endirib
Hande Harmancı: “COVID-19 hələ də mövcuddur”
Azadlığa çıxandan 5 dəqiqə sonra həbs edildi
Bu şəxslərin maaşından vergi tutulacaq
Goranboyda piyadanı vuran sürücü Gəncədə öldü
Ukraynalılar burada olacaqlar - Zelenski
“Bolluq LTD MMC”nin uşaq yeməyindən dəmir çıxdı
Rusiyada 4 azərbaycanlı iş adamı saxlanıldı
Samuxda zəlzələ baş verib


10.05.2019  11:08 

Azərbaycan boksçusu erməni rəqibinə qalib gəlib





A+  A-

Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”nda 1/4 final mərhələsi başa çatıb.
XəzərNews.az-ın məlumatına görə, 10-cu dəfə keçirilən ənənəvi beynəlxalq turnirdə Məhəmməd Abdullayevin (+91 kq) ardınca Azərbaycan millisinin daha 2 idmançısı adını yarımfinala yazdırıb.

Belə ki, 52 kq çəki dərəcəsində qüvvəsini sınayan Məsud Yusifzadə rusiyalı Bair Batlayevlə qarşılaşıb. Döyüş təmsilçimizin 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.

Rahil Məmmədli (91 kq) də 1/4 finalda çıxışını qalib kimi bitirib. O, ermənistanlı boksçu Henrik Sarkisyana heç bir şans verməyərək, layiqli qələbə qazanıb – 4:1 (28:27, 29:26, 29:26, 27:28, 29:26).

Beləliklə, hər 3 boksçumuz yarımfinala vəsiqə əldə etməklə, özləri üçün bürünc medalı da təmin ediblər.

Onlardan fərqli, Kamran Şahsuvarlı (75 kq) rusiyalı Aleksey Semikinə, Rauf Rəhimov (81 kq) özbəkistanlı Kozimbek Mardonova məğlub olub.

Qeyd edək ki, yarışda 15 ölkə yığması mübarizə aparır.

Xəbər 3043 dəfə oxunub.




15.07.2025  10:00 

Samuxda zəlzələ baş verib

14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +