PA-ya “işə düzəlmək“ istədi, 3000 manatından oldu
Anar sədrlikdən gedəcəyi vaxtı açıqladı
Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi


05.03.2017  14:56 

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər





A+  A-

İranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin məhdud tərkibdə görüşü keçirilib.
XəzərNews.az-ın məlumatına görə, rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra İlham Əliyevlə Həsən Ruhani arasında məhdud tərkibdə görüş olub.

***

Bu gün məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

H. Ruhani geniş tərkibli görüşdə deyib ki, prezident İlham Əliyevə və onu müşayiət edən nümayəndə heyətini görməyə çox şaddır.

H. Ruhini qeyd edib ki, Azərbaycan prezidenti və nümayəndə heyətinin üzvləri ilə İranda keçirdikləri görüş bir başlanğıc olub: “Ümid edirəm ki, bu başlanğıc bizim əlaqələrimizə daha yaxşı töhfə verəcək. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən illərdə iki ölkə, iki dövlət arasındakı əlaqələr sürətlə inkişaf edərək genişlənib. Bu da göstərir ki, biz gələcəyə ümidlə baxmalıyıq”.

Azərbaycan prezidenti İlham Əliyev ilk növbədə, dəvətə, ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə İran prezidentinə minnətdarlıq edib: “İran-Azərbaycan əlaqələrinin uğurla inkişafı bizi çox sevindirir. Son bir neçə il ərzində bu əlaqələr, deyə bilərəm ki, ən yüksək zirvəyə qalxıb. Bir çox önəmli məsələlər öz həllini tapıb və bu gün İran-Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələri əhatə edir. Bizim əlaqələrimiz tarixə əsaslanır. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir və prezidentlər səviyyəsində görüşlərimiz, nazirlərin görüşləri ümumi işimizə böyük töhfədir”.

***

Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsinin icraçı direktoru Meysam Nəsiri Əhmədəbadi imzalayıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran İslam Respublikasının Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və İran İslam Respublikasının Dəmir Yolları Şirkətinin prezidenti Səid Məhəmmədzadə imzalayıb.

Xəbər 5154 dəfə oxunub.




14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +