Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır
ATƏT dərin böhran içindədir... - Azay Quliyev
İkimərtəbəli otel binasında yanğın olub
Təzəxən Mirələmli də saxlanılıb


04.12.2025  16:53 

“Passiv” şirkətlə 3 milyonluq müqavilə imzalanıb





A+  A-

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Proqress 555” MMC (VÖEN – 1004062161) və “Fasttech” MMC (VÖEN – 1006665241) ilə satınalma müqaviləsi imzalayıb.

Müqavilələr tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.

Qeyd edək ki, “Proqress 555” MMC Xidmətin sifarişi əsasında Xocavənd şəhərində fərdi yaşayış (50 ev – 8 415 m²) evlərinin əsaslı təmiri işlərini həyata keçirəcək və qarşılığında 2 milyon 936 min 2 manat 6 qəpik alacaq. “Fasttech” MMC isə Xidmətin sifarişi əsasında Xocavənd rayonunun Kiş kəndində fərdi yaşayış (40 ev – 7 600 m²) evlərinin əsaslı təmiri işlərini həyata keçirəcək və qarşılığında 2 milyon 656 min 196 manat 60 qəpik alacaq.

Açıqlanan məlumatlardan da göründüyü kimi, “Proqress 555” MMC bir ədəd fərdi yaşayış evinin təmiri üçün 58 min 720 manat, “Fasttech” MMC isə 66 min 405 manat alacaq.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan “Fasttech” MMC 2020-ci ilin 22 sentyabr tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Xankəndi şəhərində yerləşən MMC-nin qanuni təmsilçisi Axundov Şəmsi Şöhlət oğludur.

Nizamnamə kapitalı 10 manat olan “Proqress 555” MMC isə 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Binəqədi rayonu, Sülüyman Sani Axundov, ev 2Q, m. 25-də yerləşən MMC-nin qanuni təmsilçisi Qasımov Rəşad Müzəffər oğludur. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Proqress 555” MMC-nin hazırda “Passiv” vergi ödəyicisi olduğu qeyd olunub./Yeniavaz.com

Xəbər 466 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +